MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda pambıqcılar ilə görüş keçirildi

10:19 19.08.2024



Sabirabad respublikamızın ən iri aqrar rayonlarından biridir. Həm Sovet dövründə həm də müstəqillik dövründə Sabirabad yüksək səviyyədə pambıq məhsuldarlığı ilə seçilib. Ona görə də pambıqçılarla görüşdüm. Hər biri rayonda pambıq emalı zavodunun olmamasından şikayətləndilər. Eyni zamanda su təsərrüfatı ilə bağlı fikirlərini bildirdilər. Mən də söz verdim ki, əgər mənə etimad göstərib səs versələr, bu məsələləri Baş Nazir Milli Məclisə gələndə qaldıracağam, daim diqqətdə saxlayacağam.