MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda su təsərrüfatı işçiləri ilə görüş keçirildi

14:24 27.08.2024




Sabirabad rayonu respublikanın ən iri aqrar rayonlarından biridir. Su təsərrüfatı da strateji əhəmiyyət kəsb edir. Kəndlərdə su təchizatı ilə bağlı qaldırılan məsələləri müzakirə etmək eyni zamanda bu problemləri birbaşa özlərindən öyrənmək üçün su təsərrüfatı işçiləri ilə görüşdüm, qeydlərimi apardım. Hər kəsə söz verdim ki, əgər Sabirabadlılar mənə etimad görsətsə Azərbaycan Dövlət Su Agentliyinin rəhbərliyi ilə kəndlərdə birgə səyyar görüşlər keçirib, səsləndirilən problemlərin həllinə birgə nail olmağa çalışacağıq.