MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunun ağsaqqalları ilə görüş keçirildi

09:48 11.08.2024



Əziz Sabirabadlılar, bildiyiniz kimi bundan əvvəl mənim seçki dairəm Sabirabad şəhəri və ətrafındakı bir neçə nümayəndəliyi əhatə edirdi. Hazırda Yeni Azərbaycan Partiyası mənim namizədliyimi 68 saylı Sabirabad-Şirvan seçki dairəsidən irəli sürüb. Bu dairə isə Sabirabadın 46 kəndini əhatə edir.

Kəndlərin əksəriyyəti mənim üçün yeni olduğundan ilk kollektiv görüşü 46 kəndin ağsaqqaları ilə keçirdim. Birincisi onlardan xeyir-dua almaq, ikincisi həmin kəndlərin problemlərini onların dilindən eşitmək üçün. Hər kənd barəsində öz araşdırmamı etmişdim. Ancaq əvvəlki təcrübəmdən bilirəm ki, ağsaqqalları özlərindən çox kəndin problemləri narahat edir, onların Sabirabadın inkişafında, xüsusilə mənəvi dəyərlərimizin qorunmasında müstəsna rolu olub.

Görüşümüz uğurlu keçdi. Onların xeyir-duasını ala bildim. Söz verdim ki, əgər mənə etimad göstərib səs versələr, lal deputat olmayacağam, Sabirabadın sözünü Milli Məclisdə deməyə, onları narahat edən məsələlərin həllinə nail olmağa davam edəcəyəm.