SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabadda 03 iyun tarixində ilk dəfə pulsuz hüquqi yardım aksiyası keçiriləcəkdir
Əziz Sabirabadlılar,
Sizlərə məruzə etmək istəyirəm ki, 2-ci Qarabağ Müharibəsindən sonra şəhid ailələri və qazilərlə mütəmadi görüşlərimiz və telefon əlaqələrimiz olub.
Müəyyənləşdirdim ki, xüsusilə qazilərimizin sosial təminat və inzibati icraatla bağlı peşəkar hüquqi yardıma ehtiyacı var.
Bununla əlaqədar olaraq, (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association)- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Baghirov- Anar müəllimlə görüşümüz oldu. Görüşdə şəhid ailələri və qazilərimiz üçün pulsuz hüquqi yardımın təşkili məsələsini müzakirə etdik. Anar müəllimə Sabirabadlı seçicilərim və öz adımdan böyük təşəkkür edirəm. Çünki dərhal yerindəcə müvafiq tapşırıqlar verdi. Anar müəllim qeyd etdi ki, mən çox sevinirəm ki, Milli Məclisin deputatı bu məsələ ilə bağlı bizə müraciət edir, biz də müzakirəsiz olaraq, şəhid ailələri və qazilərimiz üçün istənilən dəstəyi göstərməyə hazırıq.
İyun ayının 3-ü 5 peşəkar vəkil Vəkillər Kollegiyasının ayırdığı nəqliyyat vasitəsilə Sabirabada gələcək. Şəhid ailələrinin və qazilərimizə istənilən məsələdə pulsuz hüquqi yardım göstəriləcək. Artıq bütün şəhid ailələri və qazilərimizə məlumat verilib və onların rahat qəbulu üçün bütün şərait və vaxt bölgüsü təmin edilib. Mən özüm də vəkilləri müşayiət edəcəm.
Eyni zamanda cari ilin 3 iyun tarixində Quruzma, Qaraqaşlı, Yenikənd, Qəzli, Axısxa və Kovlar kənd seçiciləri ilə görüşəcəm. Görüşlər Qaraqaşlı kənd məktəbi, Axısxa kənd icra nümayəndəliyi və Yenikənd kənd orta məktəbində keçiriləcək. Görüşlə bağlı köməkçim Varis və icra nümayəndələri vətəndaşlara məlumat verib.
Görüşlə bağlı məlumatı olmayanlar və iştirak etmək istəyənlər isə köməkçim Varislə telefon əlaqəsi saxlasınlar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Anar müəllimə bir daha təşəkkür edirəm. Qeyd edim ki, bundan sonra hər ay 1 dəfə Bakıdan gələn 5 vəkil Sabirabadlı seçicilərimə pulsuz hüquqi yardım da göstərəcək.