MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadda 03 iyun tarixində pulsuz hüquqi yardım aksiyası keçirilmişdir

10:40 07.06.2021



Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association) dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 58 qazinin 72 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Şəhid ailələri və qazilərimizin ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Şəhid ailələri və qazilərimiz üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Baghirova, o cümlədən Pro Bono Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Fuad Şirinov, Araz Həsənov, Faiq Dünyamalıyev, Pərviz Musayev və Mehman İsmayılova təşəkkür edirik.