Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərova
[email protected] elektron poçt ünvanı vasitəsilə elektron qaydada da müraciət
edə bilərsiniz. Müraciətin başlığında “Milli Məclisin deputatı Kamal Cəfərova” qeyd
etmək lazımdır.
Elektron müraciətdə vətəndaşın adı, soyadı, ata adı, yaşadığı ünvan və əlaqə nömrəsi
göstərilməli, müraciətin mahiyyəti qeyd olunmalıdır. Elektron qaydada daxil olan
müraciətlərə deputat tərəfindən baxılır, deputatın səlahiyyətlərindən kənar müraciətlər
isə həll olunması üçün aidiyyəti orqanlara və ya təşkilatlara göndərilir.
Deputat sorğusuna müvafiq qurumlar tərəfindən 15 gün müddətində, məsələ əlavə araşdırma
tələb etdiyi hallarda isə 30 gün müddətində baxılır. Məsələ araşdırılandan sonra müvafiq
qurumlar həm vətəndaşa, həm də Milli Məclisə müraciətin nəticələri barədə cavab məktubu
ünvanlayırlar.
Əziz seçicilər, elektron poçt ünvanı ilə müraciəti təqdim etməkdə çətinlik çəkdiyiniz
hallarda yazılı müraciətinizin ünvan yerinə “Milli Məclisin deputatı Kamal Cəfərova”
qeyd edərək poçt vasitəsilə göndərə bilərsiniz.