MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sentyabrın 21-i Sabirabad rayonunda pulsuz hüquqi yardım aksiyası keçirilmişdir

09:12 23.09.2021



Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda növbəti dəfə vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 47 vətəndaşın 54 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Baghirova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Araz Həsənov və İqbal Rzazadəyə xüsusi təşəkkür edirik.