MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Şirvan şəhərinin Bayramlı qəsəbəsinin sakinləri ilə görüş keçirildi

09:16 23.08.2024



Şirvan şəhərinin Bayramlı qəsəbəsinin sakinləri ilə görüşdüm, onları dinlədim. Əsas narahatçılıqları kür çayı üzərindən daşınma və içməli su təsərrüfatı ilə bağlıdır. Sonra Almaz xala dedi gedək evimizə bax, burada bir neçə ev qəzalı vəziyyətdədir. Ümumilikdə görüşümüz çox yaxşı keçdi, dedilər ki, ən aktiv dairə elə Bayramlı qəsəbəsi olacaq. Gəlib sənə səs verəcəyik. Mən də öz növbəmdə söz verdim ki, əgər həqiqətən mənə etimad görsətsələr, fəal deputat olmağa, onları narahat edən məsələlərin həllinə dəstək göstərməyə davam edəcəyəm.