MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Yüksəliş”in qalibləri “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinə dəstək oldu

12:19 05.05.2023



 
2-ci "Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdüm. Onlara mənim təşəbbüsüm və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən "Heydər Əliyev Siyasi Məktəbi" layihəsi ilə bağlı məlumat verdim.
 
Layihə çərçisində Sabirabadlı gənclərə yumşaq bacarıqların inkişafı ilə bağlı təlimlərin keçirilməsində onlardan dəstək istədim.
 
“Yüksəliş” müsabiqəsinin qalibləri ölkəmizin və gənclərin inkişafı naminə bu layihədə öz töhvələrini verməkdən qürur hissi duyacaqlarını ifadə etdilər. Eyni zamanda bildirdilər ki, layihənin iştirakçılarına mentorluq edərək, onların davamlı inkişafına töhfə verə bilərlər.
 
Görüşün davamında qaliblərin layihənin inkişafı və genişləndirilməsi istiqamətində fikirlərini və təkliflərini qeyd edərək, onlara öz təşəkkürümü bildirdim. 
 
Qeyd edim ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.  
 
Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək. 
 
Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək. 
 
Eyni zamanda, layihə çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək və onlara mentorluq ediləcək.