SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"2-ci Qarabağ müharibəsinin nəticələri təkcə Qafqaz regionunda deyil, türk dünyasında yeni reallıq yaratdı" - Siyasi şərh
2-ci Qarabağ müharibəsinin nəticələri təkcə Qafqaz regionunda deyil, türk dünyasında yeni reallıq yaratdı. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirdi.
Belə ki, Azərbaycan və Türkiyə respublikaları arasında imzalan və eyni zamanda hər iki qardaş ölkənin Milli Məclisi tərəfindən ratifikasiya edilən Şuşa bəyannaməsi iki dövlət arasında olan strateji müttəfiqlik münasibətlərindən irəli geosiyasi sənəddir. Şuşa bəyannaməsi türk dövlətləri arasında olan münasibətlərin yeni modelini təqdim edir.
Şuşa bəyannaməsi bütün türk dünyası üçün yeni bir mərhələnin başlanğıcıdır. Bəyannamədəki türk dünyansına istinadlar təsadüfi deyil. Şuşa bəyannaməsindən sonra Türk dilli dövlətlərinin adının dəyişdirilməsi də təsadüfi və texniki məsələ deyil.
Yeni adıyla Türk dövlətləri təşkilatının məqsədi nə yayılmaq nə də imperyalizmdir. Türk dövlətləri təşkilatının məqsədi Qafqazda, Orta Asiyada, Balkanlarda 4.5 milyon kvadrat kilometrdə, 170 milyon əhalinin yaşadığı, 600 milyard dollar dövriyənin olduğu coğrafiyada üzv dövlətlərinin rifah boşluğunun aradan qaldırılması və bu dövriyyənin 2 qatına çıxarılmasıdır.
Azərbaycan və türk dövlətləri əməkdaşlığın yeni səviyyəyə çatdırılması missiyasını isə ən uğurla keçirən lider Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu müstəsna fəaliyyətinə görə 2021-ci ilin 12 noyabr tarixində Cənab Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi. Bu ordeni də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
2021-ci ilin 29 noyabr tarixində isə Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsi təsis edildi. Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təşkilatdır. Bu təşkilatın Parlament Şəbəkəsi isə qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.
2022-ci ilin 30 iyun tarixində ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı keçiriləcək. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.
Bu isə o deməkdir ki, İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatını gücləndirir. Bununla da Azərbaycanın siyasi rolu regional səviyyədən dünya səviyyəsinə qədəm qoyur.