SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Ağır Atletika üzrə Milli yığma komandanın üzvü Əli Şükürlü də İrəvanda keçirilən Avropa çempionatında iştirak edirdi" - şərh
Ağır Atletika üzrə Milli yığma komandanın üzvü Əli Şükürlü də İrəvanda keçirilən Avropa çempionatında iştirak edirdi. Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirdə Azərbaycan bayrağı yandırıldı. Bu Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycan nümayəndə heyəti haqlı olaraq yarışa qatılmadı, vətənə qayıtdı.
Qeyd edim ki, Əli Şükürlü bir ay bundan əvvəl Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək medal qazanmışdı.
Əli Şükürlü həmçinin Sabirabadlı gənc atletlərin inkişafına dəstək göstərib.