MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bütün beynəlxalq çərçivələrdə etibarlı tərəfdaş olduğunu sübut edir" - Siyasi şərh

12:57 20.07.2022



Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bütün beynəlxalq çərçivələrdə etibarlı tərəfdaş olduğunu sübut edir.
Birincisi Türk Dövlətləri Təşkilatı çərçivəsində Şuşa bəyannaməsi əməkdaşlığın yeni modelini və standartını müəyyən edib. Azərbaycanın Türkiyə başda olmaqla, digər türk dövlətləri ilə proaktiv və nəticəyə əsaslanan əməkdaşlığı regionun geosiyasi konfiqurasiyası üçün təkan rolunu oynayır.
İkincisi qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər, o cümlədən hökumət üzvlərinin qarşılıqlı səfərləri və iqtisadi əlaqələrin dinamikası əlaqələrin inkişafı üçün yeni zəmin yaradıb.
Üçüncüsü Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan Prezidenti iki dəfə məktub göndərmişdir.
Avropa İttifaqı ilə əlaqələrimiz isə bu günlərdə yeni mərhələyə qədəm qoydu. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayey Azərbaycanı etimad doğuran tərəfdaş adlandırdı. Eyni zamanda bildirdi ki, bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək.
Hesab edirəm ki, xanım Ursulanın bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətə verilən mühüm dəyərləndirmədir. Cənab Prezidentin xarici siyasəti və güclü iradəsi Azərbaycanı qlobal tərəfdaşa və dünyanın yeni geosiyasi yapılanmasında söz sahiblərindən birinə çevirdi.
Əlbətdə ki, bu xarici siyasət Azərbaycan - Ermənistan arasındakı əlaqələrin normallaşdırılması, Zəngəzur dəhlizi və sülh müqaviləsinin reallaşdırılmasını şərtləndirir.