SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri idarəetmənin yeni modelidir" - siyasi şərh
Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri idarəetmənin yeni modelidir. Çünki İcra Hakimiyyəti modelində müavinlər və işçilər icra başçısı tərəfindən vəzifəyə təyin edilir.
Bəzi hallarda İcra Hakimiyyətinin əməkdaşları, hətta müavinlər belə vətəndaşlarla düzgün rəftar qaydalarını bilmirlər, xüsusi təşəbbüslə çıxış etmirlər, vətəndaşları narahat edən məsələləri vaxtında həll etmirlər: Lakin xüsusi nümayəndə modelində nümayəndənin müavini cənab Prezident, əməkdaşlar isə Prezident Administrasiyasının rəhbəri tərəfindən vəzifəyə təyin ediləcəklər. Bu isə o deməkdir ki, Prezident vətəndaşla təmasda olan ən adi işçinin belə xüsusi seçilməsini, müvafiq bilik və bacarıqlara sahib olmasını istəyir. Çünki PA-nın əməkdaşları adətən xüsusi bilik və peşəkarlığı ilə seçilən şəxslər olur. Bu modelin digər üstünlüyü odur ki, xüsusi nümayəndələrin əməkdaşları PA-nın işçiləri olduğundan əməkhaqları da yüksək olacaq. Təcrübə isə göstərir ki, yüksək əməkhaqqı həm də vətəndaş məmnunluğunun artırılmasında və korrupsiyanın qarşısının alınmasında rol oynayır. Hesab edirəm ki, xüsusi nümayəndə modeli yerli icra hakimiyyətinin yeni “ASAN Xidmət” modelidir”.
Məqaləni dərc edən xəbər saytları:
1.https://qafqazinfo.az/news/detail/hemin-emekdaslar-pa-rehberi-terefinden-teyin-edilecek-314600
2.https://muganinsesi.az/olke/1141-hmin-mkdalar-pa-rhbri-trfindn-tyin-edilck.html