SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycanda milli kimlik bütün dəyərlərdən öndədir" - Siyasi şərh
Azərbaycanda milli kimlik bütün dəyərlərdən öndədir. Azərbaycan xalqının ən böyük sərvəti isə birliyimizdir. Dünyada geosiyasi konfiqurasiyaya dəyişikliklər cəhdləri çərçivəsində, o cümlədən sülh müqaviləsi öncəsi birliyimiz 2-ci Qarabağ müharibəsi zamanı olduğundan da daha güclü olmalıdır.
Bu mərhələdə isə anti-milli təsir dairələri tərəfindən bütün həssas hesab edilən məqamlar bir-bir test edilir. Ən azından anti-milli şuranın üzvü Tofiq Yaqublunun özü statusunda bunu etiraf edir. T.Yaqublu Nazirlər Kabinetinin önünə qanunsuz aksiya ilə bağlı çağırışında qeyd edir ki, bu testdir.
Tofiq Yaqublu nəyi test etmək istəyir? T.Yaqublu sülh müqaviləsi öncəsi təxribatı test etmək istəyir. Əminəm ki, bu təxribat da uğursuz olacaq. Çünki Azərbaycan xalqı müdrikdir və anti-milli şuranın motivini çox gözəl başa düşür.
Ümumilikdə son bir il ərzində bir neçə təxribata cəhd olundu. Bundan əvvəlki təxribat inanclı insanların hissləri ilə bağlı idi. Həmin təxribatda Gültəkin Hacıbəyli lağlağa ilə inanclı insanları təhrik etmək istəyirdi, alınmadı. Bu da alınmayacaq.
Hesab edirəm ki, bu tezislər Əli Kərimliyə məxsusdur, bəlkə də ona ötürülüb. Əli Kərimli isə özü ehtiyat edir, tezislərini anti-milli şuranın üzvləri Gültəkin Hacıbəyli və ya Tofiq Yaqublu vasitəsi ilə test edir.
Çünki sonuncu dəfə Əli Kərimlinin Fərrux yüksəkliyi və kəndi ilə bağlı yazdığı sevincək və kin dolu statusu böyük ictimai qınağa səbəb olmuşdu. Belə ki, Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq, sevinərək Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndindən geri çəkildiyini qeyd elədi. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi Fərrux kəndi və yüksəkliyinin Azərbaycanın Silahlı Qüvvələrinin nəzarətində olduğunu açıqladı.
Anti-milli şura və onlara bu tezisləri ötürənlər bilməlidir ki, Azərbaycan xalqının milli kimliyi, birliyi, inancı test obyekti ola bilməz. Bu cür təxribatlar heç vaxt baş tutmayacaq. Azərbaycanı digər ölkələrlə səhv salmasınlar.
Çünki bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir. Bu gün Azərbaycanın İlham Əliyev kimi müzəffər lideri və müdrik xalqı var.
Nəyi, necə və nə vaxt etmək lazımdırsa, onu Prezident İlham Əliyev bilir və edir!
Məqaləni dərc edən xəbər saytları:
1. https://qafqazinfo.az/news/detail/azerbaycani-basqa-olkelerle-sehv-salmasinlar-kamal-ceferov-369338