SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir!" - Siyasi şərh
Son 1 həftə ərzində ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisələr baş verdi.
Birincisi Brüselldə İlham Əliyev diplomatiyası nəticəsində sülh prosesi ilə bağlı mühüm praktiki nəticələr əldə edildi.
İkincisi Bayraktarların mühəndisi, "Qarabağ" ordenli Selçuk Bayraktarın təşəbbüsü olan Texnofest festivalı Bakı şəhərində keçirilir. Müzəffər Azərbaycan Gəncləri bu festivalda iştirak edir və dünya meyarları əsasında rəqabət aparırlar. Bu festivalın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan gəncinin bu sahədə təfəkkürü inkişaf etdir. Bu festival yüksək texnologiyalar sahəsində milli şüura təkan verir.
Dünən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin açılışında iştirak etdi. Müstəqillik günü ərəfəsində bu açılışın böyük rəmzi mənası var idi.
Cənab Prezidentin də qeyd etdiyi kimi, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
Bu gün biz Müstəqillik gününü ərazi bütövlüyünü bərpa etmiş xalq kimi işğaldan azad olmuş evimizdə qeyd edirik.
Bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir.
Müstəqillik günümüz mübarək!