SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Deputat Sabirabadda universitet açılmasını istəyir" - Qafqazinfo
“Bu il Sabirabadda 37 nəfər 500-700 bal arası nəticə göstərib. Keçən il sonuncu sırada olan Sabirabad bu il 73 rayon arasında 25-ci yerdədir. Bu, çox yaxşı nəticədir. Lakin çox təəssüf ki, məktəb məzunlarının 47 faizi ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməyib. Bunun əsas bir səbəbi var”.
“Qafqazinfo" xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentdə büdcə müzakirəsində çıxış edərkən deyib.
O qeyd edib ki, universitetlərin əksəriyyəti Bakıdadır: “Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərməyə nə pulu, nə də şəraiti var. Sabirabad rayonunun aqrar rayon olduğunu, bir neçə rayon üçün mərkəz rayon rolunu oynadığını nəzərə alaraq Sabirabadda Aqrar Universitetin filialının yaradılmasına ehtiyac var.
Sabirabadda Aqrar Universitetin yaradılması təkcə təhsilin inkişafı deyil, həm də rayonda gəncləri radikal meyillərdən, pis vərdişlərdən qoruya bilər, o cümlədən erkən nikahların qarşısını ala bilər. Çünki təhsil prosesindən keçən hər bir gəncin mənfi əməllərə qarşı təfəkkürü formalaşır. Onlar axır-əvvəl həyatda özlərinə yer tapırlar. Hesab edirəm ki, bu, dövlət mənafeyi baxımından vacibdir, ona görə də müəyyən ixtisaslar üzrə Sabirabadda Aqrar Universitetin filialı yaradıla bilər”.
Məqaləni dərc edən xəbər saytları:
1.https://qafqazinfo.az/news/detail/deputat-sabirabadda-universitet-acilmasini-isteyir-343192
2.https://www.azerbaycan24.com/deputat-sabirabadda-universitet-acilmasini-isteyir/