MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərə-Tərtər istiqamətində gedir" - Plenar iclasda çıxış

14:30 02.10.2020



Milli Məclisin deputatı Kamal Cəfərov: Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərə-Tərtər istiqamətində gedir. Bu mübarizəni güclü ordumuz və cəsur əsgərlərimiz öz canları bahasına aparır. BMT-nin, o cümlədən ATƏT Minsk qrupunun üzvü kimi Fransan Prezidenti Makronun Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün geniş səlahiyyətləri, imkanı var idi. Lakin tarixi ədaləti, BMT qətnamələrinin icrasını təmin etmədi.
Bizim tənqidimiz, haqlı iradımız Fransa ilə bağlı deyil, Makronla bağlıdır. Azərbaycanın Fransa ilə dostluq münasibətləri yüksək səviyyədədir. Azərbaycan – Fransa strateji münasibətləri çərçivəsində Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

 

 

 

 

Məqaləni dərc edən xəbər saytları:

1.https://az.azvision.az/news/232105/news.html

2.https://news.milli.az/politics/886411.html

3.https://az.trend.az/azerbaijan/politics/3310122.html