SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Əli Kərimli şəhid ailələrindən və torpaqlarımızın keşiyini çəkən hərbiçilərdən üzr istəsin" - Siyasi şərh
Əli Kərimli Azadlıq radiosuna müsahibəsində Vətən müharibəsinin çox böyük uğur olmadığını deyir.
Görəsən Əli Kərimli bilir ki, o torpaqlar uğrunda, o cümlədən Şuşa, Hadrut, Madagiz və digər torpaqlarımız uğrunda 2783 şəhid vermişik! Neçə uşaq atasız, neçə ata və ana övladsız qalıb. Ancaq həmin ailələr Vətən sağolsun deyir. Həmin ailələrin yeganə təsəllisi odur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bizim hər birimiz, bundan sonra dünyaya gələcək övladlarımız da vətən uğrunda şəhid olanlara və onların ailələrinə borcluyuq. Ancaq Əli Kərimli bunu elə də böyük uğur hesab etmir. Görəsən Əli Kərimli bunu yeganə övladını itirmiş atanın üzünə deyə bilər? Ya da atasını itirmiş uşağın üzünə deyə bilər?
Hər kəsin fərqli siyasi baxışı ola bilər. Hətta Vətən müharibəsi çərçivəsində həyata keçirilən müəyyən fəaliyyətlə bağlı fərqli düşüncələr, müxalif düşüncələr də ola bilər. Ancaq hər şeyin bir həddi və çərçivəsi var.
Mən Əli Kərimlidən tələb edirəm ki, şəhid ailələrindən və hazırda hələ də torpaqlarımızın keşiyini çəkən hərbiçilərdən üzr istəsin!