MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Hakimlərin iş stajı ilə bağlı dəyişiklik" - şərh

15:40 16.09.2021



“Məhkəmələr və hakimlər haqqında” qanunun 93.4-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilir. Təklifə əsasən, qanunun sözügedən bəndinin birinci hissəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Dəyişikliklərin mahiyyəti barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsinə əsasən Konstitusiyanın 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər hakim vəzifələrinə təyin edilə bilərlər: “Bu müstəsna qaydadır və müstəsna hallarda tətbiq olunur. Belə qaydada təyin olunmuş hakimlərin sayı çox məhduddur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, müstəsna qaydada hakim vəzifəsinə bir qayda olaraq ali dövlət orqanlarında 20 ildən yuxarı dövlət qulluğunda, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və qanunvericilik təminatı ilə bağlı vəzifələrdə çalışmış şəxslər təyin olunurlar. Hazırda bu cür şəxslərin dövlət qulluğundakı xidmət illəri nəzərə alınmır. Belə şəxslərin dövlət qulluğunda xidmət illərinin hakimlik vəzifəsinə təyinatdan sonra nəzərə alınmaması məhz bu cür təyinatın məntiqinə ziddir. Bundan əvvəl biz dövlət qulluğu və onun xüsusi növündə çalışan şəxslərin həm stajının həm də rütbələrinin qarşılıqlı tanınması ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklikləri qəbul etdik. Yəni bu sahədə müvafiq təcrübə də mövcuddur”.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1.https://qafqazinfo.az/news/detail/hakimlerin-is-staji-ile-bagli-deyisiklik-336310

2.https://www.azerbaycan24.com/hakimlerin-is-staji-ile-bagli-deyisiklik/