SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Sabirabad Rəqəmsal İnkişaf" layihəsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin İKT LAB Tətbiq və Tədris Mərkəzində müzakirələr apardıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad müəllimin tövsiyəsinə uyğun olaraq "Sabirabad Rəqəmsal İnkişaf" layihəsi ilə bağlı Nazirliyin İKT LAB Tətbiq və Tədris Mərkəzində müzakirələr apardıq. Qərara gəldik ki, ilkin mərhələdə iştirakçılara FrontEnd-lə bağlı təlimlər keçirilsin və ilkin təlimin nəticəsində növbəti prioritetlər müəyyən edilsin. Eyni zamanda təlimçilərin CV-lərini nəzərdən keçirdik. Təlimçi həftənin bir günü Sabirabad şəhərində, bir günü isə onlayn formada təlim keçəcək. SİRİ layihəsinin cari ilin 1 may tarixindən başlanması nəzərdə tutulur. Məqsədimiz əmək bazarı üçün potensial kadrların hazırlanması və gənclərin məşğulluğunun təmin edilməsidir.
Sabirabadlı gənclərin inkişafına verdiyi tam dəstəyə görə bir daha Rəşad müəllimə təşəkkür edirəm. Bu layihə həm də Sabirabadlı gənclərə karyera və həyatlarını kodlaşdırmağa böyük stimul olacaq.