MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadda "Muğan" Rəqəmsal İnkişaf Mərkəzinin açılışı olub

19:38 23.02.2024



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 14-də andiçmə mərasimində qarşıya qoyulan hədəflərdən birinin də texnoloji inkişaf olduğunu bildirdi. Bu sahədə minlərlə gəncin xüsusi treninqdən keçdiyini, lakin bunun yetərli olmadığını, bu məsələdə bütün cəmiyyətin səfərbər olmasını tapşırdı.
 
Azərbaycan Prezidentinin müyyənləşdirdiyi hədəfin məntiqi davamı olaraq Sabirabadda "Muğan" Rəqəmsal İnkişaf Mərkəzinin açılışı olub.
 
Bizim təşəbbüsümüz və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə "Technest" milli təqaaüd çərçivəsində fəaliyyət göstərən mərkəzdə hazırda 45 gənc müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilib.
 
Proqramın formatına əsasən xüsusi treninqləri uğurla bitirən gənclərin ən azı yarısı özəl və dövlət sektorunda işlə təmin ediləcək.
 
Növbəti mərhələdə mərkəzdə keçirilən treninqlərin növü və cəlb ediləcək gənclərin sayının artırılması nəzərdə tutulur.