SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində "Technest" təqaüdü barədə görüş keçirildi
Son bir neçə gündür ki, "Technest" təqaüd proqramı ilə bağlı paylaşımlar edirik, bu məqsədlə gənclərlə görüşürük və onlara yüksək məvacibli iş və gözəl gələcək vəd edirik. Bu investisiyanı da dövlət edir.
Bütün görüşləri "Technest" təqaüd proqramının inzibatçı qurumu olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin nümayəndəsi İbrahim bəy və proqramın tərəfdaş şirkətlərindən biri olan "TechSpace Azerbaijan" şirkətinin rəhbəri Elçin bəylə birgə keçirdik. Növbəti görüşümüz Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində oldu.
Görüşlərin birində İbrahim bəy hər birinizin şərhlərdə soruşduğu suala cavab verdi. Əslində təqaüd proqramı üçün yaş həddi yoxdur. Sadəcə proqramın tələbinə əsasən təlimləri uğurla bitirənlərin yarısından çoxu işlə təmin edilməlidir. Ona görə minimal yaş həddi 18-dir. Ancaq istisnalar olacaq. Yaşı 18-dən aşağı bir neçə gənci də qəbul edəcəyik. Qeyd edim ki, proqramın 61 yaşlı məzunu da olub.
www.technest.idda.az internet səhifəsinə daxil olun, qeydiyyatdan keçin, gələcəyinizi qurun. Linki kopyalayın, facebook-dan çıxın və yeni internet səhifəsinə köçürərək daxil olun.
Gəlin Sabirabadı gələcəyin "Muğan Vadisi"nə çevirək.