MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Şirvan şəhərinin gəncləri ilə "Technest" təqaüd proqramı barədə görüş keçirildi

10:54 12.11.2023



 
"Muğan Vadisi" Rəqəmsal İnkişaf layihəsi təkcə Sabirabadla məhdudlaşmır. 
 
"Technest" təqaüd imkanı çərçivəsində Sabirabad üçün ayrılan 60 yer üçün Şirvan, Saatlı, Hacıqabul və İmişli gəncləri də müraciət edə bilər. 
 
Sonuncu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevlə Şirvanda gənclərlə görüşəndə ondan xahiş etdilər ki, "Technest" təqaüd imkanı Şirvan gəncləri üçün də yaradılsın. Bu məqsədlə Şirvan gəncləri ilə də görüşdük. 
 
Müraciət etmək istəyən gənclər çox idi, ancaq əksəriyyəti Sabirabada gəlmək üçün nəqliyyat dəstəyi də istədilər. Mən də söz verdim ki, siz müraciət edin, proqrama daxil olun, Şirvan rayon İcra Hakimiyyətindən xahiş edəcəyəm ki, sizə nəqliyyatla bağlı dəstək olsunlar. İstənilən halda nəqliyyat məsələsi həll ediləcək. 
 
Əziz gənclər, bu həqiqətən möhtəşəm şansdır. www.technest.idda.az internet səhifəsinə daxil olun, qeydiyyatdan keçin, gələcəyinizi qurun.