SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsini uğurla bitirən 6 məzunla görüş keçirildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin dəstəyi ilə həyata keçirdiyimiz "Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsini uğurla bitirən 6 məzunla görüşdük və sertifikatlarını təqdim etdik. Bununla da "SİRİ" layihəsinin 1-ci buraxılışı uğurla bitdi və qərar aldıq ki layihənin 2-ci buraxılışını başlayaq.
Layihənin 2-ci buraxılışında Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin müəyyən etdiyi kurrikulum əsasında 1-ci buraxılışı uğurla bitirən məzunlar növbəti ildə Sabirabadlı gənclərə "FrontEnd və Backend" mövzusu üzrə 6 ay müddətində təlim keçəcəklər. Layihə çərçivəsində təlimçilərə əməkhaqqı veriləcək, ona görə də layihənin növbəti iştirakçıları üçün təlim yenə də ödənişsiz olacaq. Yəni həm Sabirabadlı təlim keçən gənclər əməkhaqqı alacaq, həm də 40-a yaxın Sabirabadlı gənc ödənişsiz təlimdə iştirak edəcək. Məqsədimiz Sabirabadda informasiya texnologiyaları məktəbinin əsasını qoymaqdır.
Qeyd etmək istəyirəm ki, "SİRİ" layihəsinin 2-ci buraxılışına Kapital Bank da qoşularaq təlimlərdə istifadə etmək üçün 6 ədəd notebook və 1 ədəd rəngli printer hədiyyə edib. Bununla da layihənin texniki təminatı tam edildi.
Fürsətdən istifadə edib göstərdiyi dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyəvə və layihə iştirakçılarını təlim otağı ilə təmin etdiyinə görə YAP-ın Sabirabad rayon təşkilatının sədri Varisə təşəkkür edirəm.