SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Şəhid xəbərinə sevinən antimilli qüvvələr" - Siyasi şərh
Daha 21 şəhidimiz var.. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ancaq Azərbaycanda şəhidlərin sayının artmağına sevinən bir qrup var. Nə qədər çox şəhid olsa, o qədər çox sevinirlər.
Düzdür bu qrupun bir neçə adı olub, gah ictimai palata, gah da şura, bir ara narıncı mayka geyindilər, nə etdilərsə palatadan, maykadan çıxa bilmədilər. Əsl adları fürsətcil və xəyanatkar qrupdur!
Və bu qrupa Əli Kərimli və onun ampluasına aid bir neçə nəfər daxildir.
Bu o qrupdur ki, sonuncu erməni təxribatının müəllifi olan Paşinyanı demokrat, cəsarətli və vətənpərvər adlandırır. Tam ciddi deyirəm.
Əli Kərimli dünən yazır ki: “Etiraf edək ki, Paşinyanın bu çıxışı cəsarətli çıxışdır”, “Paşinyanın Ermənistanın gerçək milli maraqlarına uyğun olan bu məntiqli mövqeyi” və s. Dəqiqləşdirmək istəyənlər Əli Kərimlinin facebook səhifəsinə baxa bilər.
Bu qrup elə bir anti-milli təfəkkürə sahibdir ki, Allah göstərməsin, Azərbaycanda böyük zəlzələ olsa, ona da sevinərlər.
Təsəvvür edin bir adam deyə ki, 2-ci Qarabağ müharibəsindəki zəfərimiz qələbə deyil, nə deyəsən beləsinə?
Yadınıza gəlirsə, Fərrux yüksəkliyi ilə bağlı hadisələr zamanı, Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin məlumatına sevinərək Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndindən geri çəkildiyini qeyd elədi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi Fərrux kəndi və yüksəkliyinin Azərbaycanın Silahlı Qüvvələrinin nəzarətində olduğunu açıqladı. Bir saat içində Əli Kərimlinin anti-milli mövqeyi ictimai qəzəbə tuş gəldi. Hər kəs yazırdı ki, görün nəyə sevinirdi?!
Əli Kərimlinin qrupunun digər üzvü Gültəkin Hacıbəyli yazır: “Biz bu 50 şəhidi hansı strateji hədəfimizə çatmaq üçün vermişik?”
Əziz dostlar, bilirsiniz bu merkantil qrupun yaratmağa cəhd göstərdiyi xəstə fikir nədir?
Arzu edirlər ki, Ermənistan silahlı qüvvələrinin təxribatları çox olsun, şəhidlərimiz çox olsun, milli birlik olmasın və daxildə qarışıqlıq yaransın, bunlar da sevinsin, desinlər ki, biz demişdik də!
Ancaq dərk etmirlər ki, müstəqillik ən ümdə hisdir və bu müstəqillik hissi Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirir. Başa düşmürlər ki, biz şəhid verərək müstəqilliyimizi əldə etmişik, Qarabağı azad etmişik. Hər şəhid mərasimində bir şüar səslənir: Şəhidlər ölməz, vətən bölünməz, irəli!
Bəs Əli Kərimlinin arqumenti nədir? O, deyir ki, bəs müharibə bitmişdi? Nə oldu?
Bəli, 2-ci Qarabağ müharibəsi bitdi. Tarixi missiyamızı icra etdik, Qarabağı azad etdik. İndi düşmən bizə hücum edir, Qarabağda deyil, sərhədlərimizdə təxribat törədir. Nə etməliyik? Susmalıyıq?
Cavab tədbirləri görülür, Əli Kərimlinin arzusunun əksinə olaraq, istəyirik ki şəhidlərimiz olmasın. Ancaq bu real müharibə şəraitidir, heç kim heçnədən sığortalanmır.
Əli Kərimli yazır, bəs deyirdiniz Ermənistanın hərbi gücü bitib, nə oldu?
2-ci Qarabağ müharibəsindən iki il keçir, iki ildə camaat roket düzəldir, aya insan göndərir, indi biz nə edək ki, Ermənistana növbəti silahlı texnika hədiyyə edilir. Hansı ki, sonuncu təxribat zamanı həmin texnikanı da məhv etdik.
Düşünürəm ki, görəsən Əli Kərimli bu sözləri dünən Sabirabaddan şəhid olan İsmayıl Budaqlının atasına üzünə deyə bilər? Tam əminəm ki, heç cəsarət də edə bilməz. Onu orada linç edərdilər.
Əslində Əli Kərimli özü də bilir ki, nə ara qarışan deyil, nə də hakimiyyətə gələn deyil. Bu anti-milli hiss sadəcə onun xroniki xəstəliyidir, özündən asılı deyil.
Ona görə mən bir müddət əvvəl təklif etmişdim ki, özlərini buraxsınlar, bu siyasi mühit çirkinlikdən təmizlənsin. Əli Kərimli getsin xaricdə yaşayan oğlunun yanına, Gültəkin Hacıbəyli də xaricdə oxuyan oğlunun yanına. Şəhid ailələri üzərindən bazar açmasınlar.
Əziz dostlar, Azərbaycan regionda davamlı sülh istəyir. Azərbaycan Ermənistandan sülh müqaviləsinin imzalanmasını, beynəlxalq səviyyədə ərazi bütövlüyümüzünün tanınmasını istəyir. Hər bir dövlət kimi, bu bizim fundamental haqqımızdır.
Ona görə də bu məqsədimizə çatanan kimi siyasi baxışından asılı olmayaraq hər birimiz daha sıx birləşməli, daxildə və xaricdəki təxribatçıları susdurmalıyıq.
Məqaləni dərc edən xəbər saytları:
2.https://newscenter.az/2022/09/15/azerbaycanda-sehidlerin-sayinin-artmagina-sevinen-bir-qrup-var.html