SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"TEAS Press" nəşriyyat evi Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən 3 cildlik kitabı haqqında
"TEAS Press" nəşriyyat evi Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən 3 cildlik kitabı mənə hədiyyə edib. Kitab ingilis dilindədir. Son 10 gündə 1-ci kitabın yarısını oxuya bilmişəm. Bu kitabı oxumağı hər kəsə tövsiyə edirəm.
Kitabın 1-ci hissəsində Heydər Əliyevin kəşfiyyat orqanlarında işləyərkən həyata keçirdiyi əməliyyatlar, o cümlədən "Duelist", "Naturalist", "Duqlas" əməliyyatları barədə oxuyanda onun hansı vəzifədə işləməyindən asılı olmayaraq hələ gənc yaşlarında necə peşəkar davrandığını, hansı bilik və bacarığa sahib olması hər birimiz üçün nümunə olmalıdır.
1952-ci ildə Heydər Əliyevin(29 yaşında) kəşfiyyat orqanlarında işləyərkən 1937-38-ci illərdə repressiya qurbanı olmuş azərbaycanlıları hüquqi baxımından reabilitasiya etməsi, onlarla bağlı qanunsuz cinayət işləri aparmış şəxsləri işdən çıxarması və bəziləri haqqında cinayət işinin başlanılmasına təşəbbüs etməsi və özünün bu təşəbbüsün qurbanına çevrilməsi, daha sonra Mehdi Hüseynə, Xəlil Rzaya, Tahir Salahova kömək etməsi, Əbülfəz Elçibəyin həbsdən çıxarılmasına dəstək göstərməsi bir daha göstərir ki, Heydər Əliyev hansı vəzifədə və sistemdə işləməsindən asılı olmayaraq həmişə Azərbaycanı düşünüb, həmişə Azərbaycan xalqının rifahını düşünüb.
-
Heydər Əliyev irsi Azərbaycan xalqının sərvətidir.