SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
2-ci Qarabağ müharibəsində zəfərimizini şərtləndirən ən vacib amillərdən biri də İlham Əliyev diplomatiyası olub
2-ci Qarabağ müharibəsində zəfərimizini şərtləndirən ən vacib amillərdən biri də İlham Əliyev diplomatiyası olub. Bu diplomatiyanın isə 2 səciyyəvi xarakteri var. Birincisi Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasət, ikincisi isə Prezident İlham Əliyevin güclü xarizması və iradəsi olub.
Çünki 2-ci Qarabağ müharibəsi zamanı Rusiyanın net qarşıdurması olsaydı, Azərbaycanın zəfər qazanması bir qədər çətin olardı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin nəinki qarşı çıxdı, əksinə Azərbaycanın mövqeyini dəstəklədi və Azərbaycanın BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq öz torpaqlarında döyüş apardığını bildirdi. Bu isə İlham Əliyev diplomatiyasının uğuru idi.
Radikal müxalifət və xaricdə yaşayan “ekspertlərin” 1-ci dezo informasiyası ondan ibarətdir ki, Tik tok-da Azərbaycan əsgərlərinin Xankəndinə girdiyi göstərilir.
Cavab: Əgər Azərbaycan Xankəndinə girsəydi, bu gün də Kəlbəcərdə döyüşlər davam edə bilərdi. Ermənistan bütün sərhəd boyunca təxribatlarını davam etdirəcəkdi və minlərlə əlavə şəhidimiz olacaqdı. Eyni zamanda Qarabağ bu gün yenidənqurma mərkəzi deyil, Suriya ola bilərdi. Azərbaycan Prezidenti İlham Əliyev nəyi, nə vaxt etmək lazımdır, dəqiq bilir və edir.
Həmin marjinal qrupun 2-ci dezosu: Rusiya ilə imzalanması gözlənilən “Qarşılıqlı müttəfiqlik bəyanmasi” gözlənilməz idi.
Qarşılıqlı əməkdaşlıq barədə müvafiq sənədin hazırlanması ilə bağlı cənab Prezident 2020-ci il 10 oktyabr tarixində RBK-yə verdiyi müsahibədə və bu əməkdaşlığın yüksək səviyyədə rəsmiləşcəyi ilə bağlı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sonuncu müraciətində qeyd etmişdir ki, Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha YÜKSƏK səviyyəyə RƏSMƏN qaldırılacaqdır.
Marijinal qrupun 3-cü dezosu: qardaş Türkiyə faktoru nəzərə alınmayıb. Beynəlxalq hüquqa əsasən adətən bəyannamələr ratifikasiya edilmir ancaq bu istisna da edilmir. 2021-ci il 15 iyun tarixində imzalan Şuşa bəyannamasinin də bir neçə həftə bundan əvvəl hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilməsi də təsadüfi deyildi.
Bütün baş verən hadisələrin fonunda Azərbaycanın Rusiya Federasiyası ilə qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanmasına yalnız Ermənistan qarşı ola bilər. Onda saxta dezolarla yalnış ictimai rəy yaratmaq istəyən marjinal qrup kimlərə xidmət edir?
Bu onu göstərir ki, bəzi radikal müxalifət nümayəndələrin 2-ci Qarabağ müharibəsində mövqeyi səmimi olmayıb.Həmin şəxslər bəzən fəxrlə deyir ki, müharibə zamanı biz də ordunun, hökumətin yanındaydıq. Guya yanında olmuyub nə edəcəklərdi? Özləri üçün PR edirdilər...
Məqaləni dərc edən xəbər saytları: