MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Aİ Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşün nəticələrinə dair siyasi şərh

14:26 23.05.2022



Aİ Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşün nəticələrinə dair:
- Mişel görüşlərinin intensivliyi və müzakirə edilən məsələlərin əhəmiyyəti Avropa İttifaqını sülh prosesinin mühüm tərəfdaşına çevirə bildi;
- Avropa İttifaqı post-münaqişə reallıqlarını qəbul edir. Bütün komnükelərdə "Dağlıq Qarabağ" ifadəsinə və ATƏT-in Minsk Qrupuna istinad yoxdur;
- Avropa İttifaqının regional kommunikasiyalarla bağlı mövqeyi Azərbaycanın milli maraqlarına tam uyğundur. Avropa İttifaqının regiondakı marağı iqtisadi imkanlarla bağlıdır;
- Sərhədlərin delimitasiyası ilə bağlı İşçi Qrupların görüşü yaxın günlərdə baş tutacaq. Ermənistan tərəfi 2 dəfə bu görüşün keçirilməsindən imtina etmişdi;
- Sülh müqaviləsi ilə bağlı hər iki ölkənin xarici işlər nazirləri görüşəcək.
Növbəti görüşün cari ilin iyul və ya avqust ayında keçirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, həmin vaxta qədər 3-cü görüşdə müzakirə edilən məsələlərlə bağlı müəyyən irəliləyişlər olacaq, hansı ki Azərbaycanın milli maraqlarına uyğundur.