SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz bir güllə atmadan Laçın şəhərinə daxil oldu - Siyasi şərh
Əli Kərimli bir müddət əvvəl sual edirdi?! Nəyə görə İlham Əliyev Laçın şəhəri üzərində suverenliyimizi bərpa etmək barədə plan qurmur, ancaq Zəngəzur dəhlizinə hədəflənib?
Dünən ona sillə kimi cavab verildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz bir güllə atmadan, bir şəhid vermədən Laçın şəhərinə daxil oldu, Sus və Zabux kəndlərini nəzarətə götürdü.
Əli Kərimli narahat olmasın, yaxın zamanda Zəngəzur dəhlizi də reallığa çevriləcək. Xocalıda, Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq! Biz İrəvana da qayıdacağıq. Azərbaycan xalqının bütün arzuları reallaşacaq, təkcə Əli Kərimlinin arzularından başqa!