SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşünün nəticələrinə dair - Siyasi şərh
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşünün nəticələrinə dair:
- Bu 4-cü görüş idi. Görüşlərin davamlılğı Avropa İttifaqını sülh prosesinin mühüm tərəfdaşına çevirə bildi;
- Yekun kommükede "Dağlıq Qarabağ" və ATƏT-in Minsk Qrupuna istinad yoxdur;
- Sülh sazişinin layihəsinin hazırlanması ilə bağlı ciddi mövqe ortaya qoyulur, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bir ay müddətində sülh sazişinin layihəsi üzrə işləmək üçün görüş tapşırığı verildi;
- Minaların təmizlənməsi, 1-ci Ermənistan - Azərbaycan müharibəsi zamanı itkin düşmüş Azərbaycanlıların taleyi ilə bağlı geniş müzakirələrin aparılmasına istinad edilir;
- 2-ci müharibə zamanı saxlanılan ermənilərlə bağlı istinad rəsmi Bakının təqdim etdiyi ifadəyə (saxlanılan ermınilər) uyğundur. Belə ki, Ermənistan tərəfi beynəlxalq təşkilatlarda həmin şəxsləri "müharibə əsirləri" kimi təqdim etməyə çalışırdı;
- Sərhədlərin delimitasiyası ilə bağlı noyabr ayında Sərhəd Komissiyasının 4-cü görüşünün Brüseldə keçiriləcəyi bildirilir. Bu da çox mühüm komponentdir;
- Zəngəzur dəhlizi ilə bağlı çağırış edilir, nəqliyyat əlaqələri ilə bağlı blokların aradan qaldırılması istiqamətində əldə edilən nəticələr müzakirə edilir.
Yekunda isə bu formatda görüşün cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Bu isə o deməkdir ki, həmin vaxta qədər 4-cü görüşdə müzakirə edilən məsələlərlə bağlı irəliləyişlər olacaq, hansı ki Azərbaycanın milli maraqlarına uyğundur.
Bu uğurun səbəbi isə İlham Əliyev diplomatiyasıdır.