SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın sürətli strateji inkişaf planlamalarından danışıb. Həmçinin Qərbi Azərbaycandan olan insanların hüquqlarının bərpa olunması ilə bağlı fikirlər yürüdüb.
Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri vəzifəsini icra edən şəxs kimi çıxış edərək tədbir iştirakçılarına Qərbi Azərbaycan mövzusunun aktuallığı və bu istiqamətdə fəaliyyət haqqında ətraflı məlumat verdim.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Naqif Həmzəyev Qərbi Azərbaycan həqiqətləri və bu amal uğrunda həyata keçirilən fəaliyyətlərdə gənclərin önəmli rolundan bəhs etdi.
Qərbi Azərbaycan İcmasının Aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev “Qərbi Azərbaycan həqiqətləri” haqqında təqdimat etdi.
Tarix elmləri doktoru Vasif Qafarov isə “Qərbi Azərbaycan həqiqətləri: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış etdi.
Konfransa DİA-nın müşaviri, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Zaur Məmmədov moderatorluq edib.