MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qərbi Azərbaycan İcmasında Belçikalı jurnalist ilə görüş keçirildi

16:40 01.07.2024



 

Qərbi Azərbaycan İcmasında Belçikadan olan jurnalist Kris Maykl ilə QAİ İdarə heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, QAİ Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov, QAİ İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar arasında görüş keçirilib. Belçikalı jurnalist müsahibə zamanı İcma üzvlərinə Qərbi Azərbaycan həqiqətləri, eləcə də Qərbi Azərbaycan İcması barədə suallar verib. Jurnalistə soydaşlarımızın ötən əsr boyunca yaşadıqları ağrı-acılar, sonuncu 1987-1991-ci illər deportasiyası barədə ətraflı məlumat verilib, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış məramımızdan danışılıb.