SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qərbi Azərbaycan İcması tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərovun dəstəyi ilə elmi-praktiki konfrans keçirildi
Dünən tarixi və əzəli torpağımız olan İrəvanın ermənilərə verilməsinin 106-cı ildönümü idi.
Bu barədə gəncləri maarifləndirmək üçün Qərbi Azərbaycan İcması Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərovun dəstəyi ilə elmi-praktiki konfrans keçirildi.
Tarix üzrə elmlər doktoru Vasif Qafarov geniş məruzə ilə çıxış edərək İrəvanın ermənilərə verilməsinin pərdəarxası sirlərini və həqiqətləri danışdı.
Həqiqət ondan ibarətdir ki, İrəvanının ermənilərə verilməsi ilə bağlı qərar qanunsuz, haqsız və birtərəfli olub. Ona görə qanunsuz olub ki, Milli Şuranın 44 üzvü olub, İrəvanın ermənilərə verilməsi ilə bağlı qərara isə 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf səs verib. Yəni bu cür mühüm məsələ üçün tələb olunan nəinki üçdə iki səs çoxluğu, heç quorum da olmayıb. Sonradan bu qərarı legitimləşdirmək üçün, protokolu dəyişdirərək iclasda iştirak edən şəxslərin sayını 28 nəfər göstərilib.
İkinicisi ona görə haqsız olub ki, İrəvanda yaşayan azərbaycanlıların - bizim rəyimiz öyrənilmədən qərar verilib. Qərarın qəbul edilməsindən sonra Milli Şuranın 1918-ci il 1 iyun tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın qərarına qarşı rəsmi etiraz ediblər. Milli Şura isə İrəvandan olan üzvlərinin etiraz sənədini müzakirə etməkdən imtina edərək onun protokola tikilməsi barədə qərar qəbul edib.
Üçüncüsü ona görə birtərəfli qərardır ki, ermənilər gələcəkdə Qarabağa iddia etməyəcəklərinə dair hüquqi qüvvəyə malik heç bir qərar qəbul etməyiblər, bu sadəcə centlmen razılaşması olub.