SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Bu, korrupsiyaya yol açır və qarşısı alına bilmir” - siyasi şərh
“Sabirabad rayonu respublikamızın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Əhalinin su ilə təminatının yaxşılaşdırılması və payızlıq əkinlərin suvarılması üçün rayona ayrılmış enerji limitinə yenidən baxılması zəruridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentdə çıxışında qeyd edib. O bildirib ki, Kürkəndi nasos stansiyasında su nasoslarının “FLGYT” tipli aqreqatlarla əvəz olunmasına, stasionar qaydada işləyən 40 nasos stansiyasının Kür çayında üzən pantonlar üzərində quraşdırılmasına, 57 nasos stansiyasının və qrunt sularının ərazidən kənarlaşdırılması üçün 4 stasionar nasos stansiyasının əhali xəttindən ayrılaraq birbaşa elektrik enerjisi xəttinə qoşulmasına zəruri ehtiyac var:
“Sabirabad rayonunda 85 təhsil müəssisəsindən 64-nün yenidən qurulmasına ehtiyac var. Sabirabad respublikada təhsil səviyyəsinə görə ən aşağı nəticə göstərən rayondur. Bunun bəzi hallarda səbəbi isə rayon camaatının övladlarının Bakıda təhsil almağa göndərməyə maddi imkanının olmamasıdır. Rayonda belə bir təhsil müəssisəsi olarsa, həm qonşu rayonlar, həm də Sabirabadda təhsilin səviyyəsi arta bilər. Düzdür, bizə diplomlu işsizlər lazım deyil, ancaq ən azından Sabirabadda müasir aqrar kollec yaradıla bilər.
Rayondan ən çox müraciət işsizlik və özünəməşğulluq proqramı ilə bağlı olur. Bu proqramlar cənab Prezidentin humanist siyasətinin təzahürüdür. Lakin bəzi hallarda bu dəstək kreditə çevrilir. Sabirabadda 700 ştat var, lakin əksər vakansiya yaşıllaşdırma və təmir tikinti idarəsinə verilib. Bu isə yerlərdə korrupsiya hallarına yol açır və heç bir mexanizm bunun qarşısını ala bilmir. Ancaq bu vəsaitlərdən istifadə edib, həm vətəndaşların məşğulluğuna dəstək olmaq olar, həm də müəyyən peşə öyrətmək olar”.
Məqaləni dərc edən xəbər saytları:
1.https://qafqazinfo.az/news/detail/bu-korrupsiyaya-yol-acir-ve-qarsisi-alina-bilmir-317754