SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Buğdanın qiyməti ilə bağlı siyasi şərh
Azərbaycan özünü 100 faiz buğda ilə təmin etsə, çörəyin qiyməti qalxardımı?
Azərbaycanın illik buğda tələbatı 3.2 – 3.3 milyon tondur. Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi isə 60 faizə yaxındır. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır. Rəsmi məlumatlara əsasən, 1 ton buğdanın ölkəyə orta idxal qiyməti 2020-ci il üçün 214 dollar, 2021-ci il üçün isə 283 dollar olub. Buğdanın idxal qiyməti ortalama 1 il ərzində 70 dollar qalxıb.
Buğdadan hazırlanan nemətlər, o cümlədən çörək xüsusilə Azərbaycan xalqı üçün həm mənəvi həm də maddi baxımdan həssas məsələdir. Bəs hökumət buğda ilə özünütəminatı 100 faizə çatdıra bilərmi? Çatdırsa çörəyin qiyməti neçə ola bilərdi?
Azərbaycanda əkin üçün yararlı olan 1.7 milyon hektar sahə var. Əkin üçün yararlı olan torpaqların hamısına taxıl səpmək olmaz, aqronomik həddi var. Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən biz onsuz da bu həddi keçmişik. Bütün dünyada olduğu kimi quraqlıq və iqlim dəyişiklliyi də bu prosesə mənfi təsir göstərir.
Digər bir məqam ondan ibarətdir ki, ölkədə istehsal olunan taxılın böyük hissəsi yem məqsədləri üçün istifadə olunur. Bu pisdir yoxsa yaxşı? Azərbaycanda fermerlər üçün yem üçün taxılın yetişdirilməsi daha sərfəlidir, çünki həmin yemi saxladığı mal qara üçün istifadə edir və ya istifadə edənlərə satır. Elə ona görə də mal ətinin 85 faizini, qoyun ətinin 98 faizi, südün 96 faizi, quş ətinin isə 54 faizi yerli fermerlər tərəfindən istehsal olunur.
Deyək ki, buğda üçün əlavə 400 min hektar yerə də əkin etdik, özümünüzü 100 faizə yaxın buğa ilə təmin etdik. O zaman buğdanın qiyməti qalxmazmı? Təbii ki, bahalaşacaq.
Bu iqtisadi modeldir. Azərbaycan nə qədər taxıl istehsal etsə də, onun qiyməti dünya bazarına uyğun olacaq. Yerli istehsalçı onu ixrac edəcək.
Hökumət qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində ölkədə özünü taxılla təmin etmək 30 faizdən 60 faizə çatdırılıb.
Aydın olur ki, biz dünyada taxıl idxalından asılı olan yeganə ölkə deyilik. Dünyanın əksər ölkələri, o cümlədən Braziliya, Yaponiya, İsveçrə, Gürcüstan və digər ölkələr buğda idxalından 40 faizdən çox asılıdır. İsrail, Hollandiya və Cənubi Koreya kimi ölkələr 80 faizdən çox buğda idxalından asılıdır. Yəni dünya bazarında taxılın bahalaşması təkcə Azərbaycana deyil, bu ölkələrə də öz təsirini göstərir.
Məqaləni dərc edən xəbər saytları:
2.https://sherg.az/iqtisadiyyat/185937