MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Cənab Prezident İlham Əliyevin uğurlu beynəlxalq siyasətinin nəticələrindən biri

10:42 29.04.2021



Xatırlyırsınızsa cənab Prezident İlham Əliyev aprelin 13-də ADA-da keçirilən beynəlxalq konfrans zamanı ABŞ-ın dövlət katibi Entoni Blinkenin Paşinyana zəngi ilə bağlı irad bildirmişdi.
Sitat: “Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlamışdır. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm”.
Dünən isə həmin dövlət katibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi və üstəlik "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib.
907-ci düzəliş nədir?
1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəlişdir.
Vaxtıilə ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.
Qeyd etməliyəm ki, ABŞ Konqresi Prezidentə qeyd edilən qadağanın hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti də verib.
Belə ki, 907-ci maddənin B bəndinə əsasən Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, qeyd edilən qadağa tətbiq edilməməlidir.
İndi Prezident Cozef Bayden ABŞ-ın milli maraqlarını nəzərə alaraq bu qadağanı müvəqqəti dayandırdı. Yəni ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını etməsi üçün heç bir məhdudiyyət yoxdur.
Əslində burdakı əsas mahiyyət ABŞ-ın Azərbaycan Prezidenti İlham Əliyevin iradlarını nəzərə alması və Azərbaycanla münasibətlərə verdiyi dəyərin göstəricisidir.
Qeyd edim ki, ABŞ-ın Ermənistandakı səfiri də müsahibə verərək bildirib ki, ABŞ Prezidentinin sözdə “erməni soyqırımı” ilə bağlı bəyanatının heç bir hüquqi nəticəsi ola bilməz.