SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Əli və Nino” kitab evinin iki gənci cəmiyyətə oğru kimi təqdim etmək cəhdi barədə plenar iclasda çıxış
Bu gün plenar iclasda “Əli və Nino” kitab evinin iki gənci cəmiyyətə oğru kimi təqdim etmək cəhdi barədə danışdım. Birincisi məhkəmə qərarı olmadan hər bir şəxsin təqsirsizlik prezumpsiyası var. İkincisi dəyəri 100 AZN-dən çox olmadıqda törədilən əməl cinayət hesab olunmur və inzibati xəta sayılan xırda talamaya aid edilir. Üçüncüsü Bakı şəhəri Səbail rayon məhkəməsi inzibati xətanın tərkibi olmadığı üçün icraata xitam verib.
Hörmətli Nigar Kocharli xanım, qeyd edilən məsələlərlə bağlı sizin qanun çərçivəsində “Əli və Nino” kitab evinin maraqlarını qorumaq üçün hüquqlarınız var. Lakin sahibi olduğu mağazınızın sosial şəbəkələrdə həmin video görüntüləri paylaşmaq hüququ yoxdur. İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, icraat zamanı aparılan foto və ya video çəkilişin materialları icraat aparılan şəxsin razılığı olmadan yayımlanmamalıdır. Cəmiyyətdə isə rezonans doğuran məhz bu olmuşdur. Cəzanı məhkəmələr verə bilər, siz yox.
Bütün bunlarla yanaşı, sizin təhsil və gənclərin, xüsusilə uşaqların maarifləndirilməsi sahələrində gördüyünüz müsbət işlərdən xəbərim var. Lakin bu məqam mənim və cəmiyyətin sizin etdiyiniz pozuntunu tənqid etmək hüququndan məhrum etmir.
Məqaləni dərc edən xəbər saytları:
2.https://www.bizimyol.info/az/news/346488.html
3.https://musavat.com/news/deputat-eli-ve-nino-daki-kitab-ogurlugundan-danisdi_805714.html