MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Ermənilərin humanitar şousu və 1988-ci ildəki xəyanət” - siyasi şərh

17:39 06.09.2023



Deputat Kamal Cəfərov: ermənilərin humanitar şousu və 1988-ci ildəki XƏYANƏT

 
 
Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə ədalətsizcəsinə vəzifədən uzaqlaşdırılmasından bir neçə həftə sonra erməni millətçiləri Qarabağın ələ keçirilməsi üçün əlverişli şəraitin yarandığını hiss edərək, güclü siyasi kampaniyaya başladılar. O zamanki kampaniya da elə “humanitar” məsələlərlə bağlı idi. 1987-ci ilin sonunda Azərbacan rəhbərliyi bu kampaniyanın qarşısını almadı. Azərbaycanın o zamankı rəhbərlərinin cürəti çatmadı ki, öz xalqının mənafeyini qorusunlar.
 
1988-ci ilin mart ayında isə ən böyük xənayəntlərini etdilər. Belə ki, 1988-ci ilin mart ayında SSRİ Nazirlər Soveti və Sov. İKP MK Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı ilə bağlı qərar qəbul etdi. Bu qərarda ilk dəfə olaraq, Ermənistan Respublikasına Dağlıq Qarabağın işləri ilə məşğul olmaq ixiyarı verildi. Yəni, sosial-iqtisadi planın əksər bəndlərində Azərbaycanla yanaşı Ermənistanın da dövlət orqanlarının adı qeyd edildi. Bu isə birtərəfli qərar deyildi. Həmin qərara Azərbaycan rəhbərliyi də razılıq verərək qol çəkmişdi.
 
Elə zamanında Ulu Öndər Heydər Əliyev bu hadisəyə belə qiymət vermişdi: “Bu qərar Azərbaycan xalqının, Azərbaycan Respublikasının necə deyərlər, kürəyinə süngü sancmaq idi. O qərara qol çəkən, razılıq verən adamlar Azərbaycan xalqının mənafeyini haqqında düşünməli idi. Belə bir qərarın qəbul olunmasına yol vermək olmazdı, o böyük səhv idi.”
 
İndi də ermənilər tərəfindən başladılan humanitar şou məhz 1988-ci ildə baş verən kampaniyanı xatırladır.
Azərbaycan tərəfinin də Ağdam yolu ilə iki tır yardım göndərməsi və bu yükün ermənilər tərəfindən qəbul edilməməsi də böhranın xarakterinin humanitar deyil, siyasi olduğunu dəqiqliklə göstərməkdədir.
Sadəcə indi 1988-ci il deyil, Azərbaycan rəhbəri də Müzəffər Sərkərdə İlham Əliyevdir.
 
Ağdam-Xankəndi yolunun fəaliyyətini bərpa etmək isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir. Bu prosesdə heç bir qüvvə Prezident İlham Əliyevin iradəsinə təsir edə bilməz.
 
Dövr dəyişsə də, 1988-ci ildə olan anti-milli qüvvələr forma dəyişdirərək eyni mahiyyətdən çıxış edir. Əli Kərimov, Gültəkin Hacıbəyli bildirir ki, Ermənistan Laçın yolu ilə bağlı elə-bir hay küy yaradıb ki, dünya üstümüzə qalxıb. Yəni deyirlər ki, tırları Laçın yolundan buraxın.
 
Heç şübhəsiz ki, bu anti-milli qrupun imkanı olsa idi, Fransanın göndərdiyi tırları Laçın-Xankəndi yolundan buraxar, 1988-ci ildəki kimi, bir təşkilat komitəsi yaradıb, yükləri tırlardan boşaldıb, ermənilərə daşıyardılar.