MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Əsrlər boyu bizi evimizdən deportasiya ediblər, indi də burada səsimizi kəsmək istəyirlər -ATƏT-də

15:00 23.04.2024



Qərbi Azərbaycan İcmasının nümayəndəsi kimi ATƏT-in insan ölçüsü istiqaməti üzrə keçirilən “Beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının təşviqində və qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusundakı tədbirində iştirak edirəm.

Qeyd edim ki, Ermənistan Avstriyadakı səfirliyin əməkdaşı iclasın əvvəlində növbədənkənar söz alaraq mənim tədbirdə icmanın nümayəndəsi kimi iştirakıma mane olmağa çalışdı və rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirdi. Təxribat baş tutmadığı üçün demarş edib, iclas zalını tərk etdi.

Mən də çıxış edərək bildirdim ki: "Biz bir daha bəyan edirik ki, bizim təşkilatın heç bir ərazi iddiası yoxdur. Bizim təşkilat QHT-dir və hər biriniz çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir.

Əsrlər boyu bizi evimizdən deportasiya ediblər, bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada bizim səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcəyik, biz həmişə faktları deyəcəyik."

Daha sonra mövzuya uyğun fikirlərimi bildirdim. Tədbirin sonunda gördüm ki, erməni diplomat koridordadır. Nə zala daxil olurdu, nə də səfirliyinə getmək istəyirdi.