MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun səs yazısına dair siyasi şərh

11:33 29.10.2021



Son zamanlar geosiyasi proseslərin fonunda, Müsavat TV-də yayımlanan buraxılışda Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun səs yazısına qulaq asdım. Fuad Qəhrəmanlı AXCP rəyasət heyətinin üzvüdür və Əli Kərimlinin müavini olub. Cəmiyyət onu daha çox ailədaxili zorakılığa görə, həyat yoldaşına göstərdiyi fiziki zorakılığa görə tanıyb, qızı Selcan da ondan imtina edib.
Səsyazısında Fuad Qəhrəmanlı Əli Kərimlidən və onun idarəçiliyindən şikayət edir, özünün prezident olmaq istəyini bildirir. Həyat yoldaşı Zümrüd Yağmur isə ona Əli Kərimli ilə açıq danışmağa, səbirli olmağa çağırır və təsəlli verir. Elə təəsürat yaranır ki, siyasi fiqur olmayan Zümrüd Yağmur Əli Kərimli ətrafında daha sıx birləşib, nəinki Fuad Qəhrəmanlı. Sanki yerləri səhv düşüb. Aydın olur ki, Zümrüd Yağmurun yanaşması Fuad Qəhrəmanlıdan daha etibarlıdır.
Daha sonra Fuad Qəhrəmanlı bütün bunlara “kostyum” kompleksi ilə cavab verir. Bildirir ki, vaxtilə kasıb olub, ət yeyə bilməyib, kostyumu olmayıb, əmioğlusunun kostyumunu oğurlayıb, o da bunu müəyyən etmədiyi üçün çox xoşbəxt olub. Məndə o təəsürat yaranır ki, Fuad Qəhrəmanlının bütün bu aqresiyasının arxasında “kostyum” kompleksi dayanır.
Görünür Fuad Qəhrəmanlı yaşadıqlarından səhv nəticə çıxardıb. Çünki o çətin dövrdə 1 milyona yaxın Azərbaycanlı məcburi köçkün düşəndə nə ət nə də kostyum axtarıb, yaşamaq üçün kiçik bir ev axtarmışıq, aylarla, illərlə qohumlarla bir evdə yaşamışıq. Amma heç vaxt oğurluq etməmişik, bizə aid olmayanı götürməmişik, çünki bunun birincisi etik olmadığını, ikincisi isə qanunsuz olduğunu həmişə dərk etmişik.
Fuad Qəhrəmanlının indi kostyumu olsa da, əyninə ya yekədir, ya da balaca. Çünki “kostyumda” özünə yer tapa bilməyib.
İkincisi Fuad Qəhrəmanlı kimi “kostyum kompleksi” olan şəxslərin nə öz ailəsində, nə ətrafında, nə də ictimaiyyətdə nüfuzu var. Bu cür kompleksi olan şəxslərin əksəriyyəti isə Əli Kərimlinin ətrafında birləşib.
Misal üçün, Cəmil Həsənli vaxtıilə Milli Məclisdə hökuməti tərifləyirdi, “mandat” kompleksi olduğu üçün indi milli maraqlara qarşı çıxış edir. Gültəkin Hacıbəyli vaxtı ilə daş karxanası işlədirdi, YAP-ın mitinqlərində özünü fəda edirdi. Sözün düzünü desəm hələ də başa düşə bilmirəm ki, o daş karxanasını necə idarə edib. İndi “daş karxanası” kompleksi olduğu üçün o da Əli Kərimlinin ətrafında birləşib, milli maraqlara qarşı çıxış edir. Əli Kərimlinin yeganə bacarığı isə kompleksi olan şəxslərdən qidalanmaq və istifadə etməkdir. Hesab edirəm ki, Zümrüd Yağmurun ailəsinə də ən böyük zərbəni elə AXCP vurub.
Bizim sıralarmızda “kostyum”, “var dövlət” kompleksi olan insanlar olub və onlar bizim sıralarımızdan təmizlənir. Bəziləri özlərinin əsl simasını özləri ifşa edir, bəzilərini isə hüquq mühafizə orqanları müəyyən edir. Bu proses davam edir.
Bizim partiyada və sıralamızda isə ümummilli lider Heydər Əliyev ideyalarına səmimi inanan, onun siyasətini, cənab Prezident İlham Əliyev və Mehriban xanımı səmimi dəstəkləyən şəxslər təmsil oluna bilər.