MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Gültəkin Hacıbəylinin əsassız iddialarına cavab

12:27 15.02.2021



Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli-Gultakin Hajibayli iddia edir ki, "Azərbaycan Respublikası Prezidentinin Şuşaya səfəri üçün 5 əsir İrəvan qaytarılıb". 2 gün öncə REAL TV-nin baş redaktorunun müavini Mahir Məmmədli Şuşadan Şuşa qalasının bərpası ilə bağlı xüsusi buraxılış hazırlamışdı. Mən Gültəkin Hacıbəylidən soruşuram, həmin xüsusi buraxılış üçün neçə əsir qaytarılıb? Ya da bir neçə həftə öncə Tahir Imanov, Polad Bülbüloğlu, yüzlərlə ictimai və siyasi xadimlər Şuşada olublar. İctimai fəal Bəxtiyar Hacıyev də Şuşada olub. Onda neçə əsir qaytarılıb?
Bu gün Şuşada Azəriqaz, Azərsu, Azərenerji, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları xidmət edir. Gültəkin Hacıbəyli hələ də qəbullana bilmir ki, Şuşanı erməni işğalından azad etmişik.
Gültəkin Hacıbəyli, bu gün Şuşada Azərbaycan əsgərləri xidmət edir. Şuşanı Azərbaycan əsgərləri qanları bahasına alıb. Hesab edirəm ki, əsgərlərimizin qanından şəxsi məqsədləriniz üçün qisas naminə istifadə etməyiniz ictimaiyyətdə ikrah hissi yaradır. Başa düşürəm ki, siyasətdə fərqli fikirlər olur və olacaq da. Lakin Azərbaycan xalqı üçün ən həssas və ən müqəddəs olan şəhidlərimizdir. Onlar üzərindən sui-istifadə ilə bağlı istənilən siyasi fikir yürütmək qəbulolunmazdır.
Sonuncu dəfə erməni əsirləri mövzusu AŞPA-da aktual idi. Erməni nümayəndə heyəti istənilən mövzuda həmin əsirlərdən danışırdı. Onları qismən başa düşmək olur, sizi isə başa düşə bilmirəm.