SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Həmin sosial şəbəkələrə qarşı məcburetmə tətbiq edilə bilər” - şərh
"Budapeştdə 54 ölkədən 300-dən çox ekspertin iştirak etdiyi “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forum”da iştirak edən ölkələrin üçdə biri “Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə üzrə Konvensiyasını – Budapeşt Konvensiyası”nı ratifikasiya etməyib. Kibercinayətkarlıq isə insan hüquqlarına, qanun aliliyinə, demokratik institutların fəaliyyətinə, hətta milli təhlükəsizlik üçün ciddi təhdidlərdən biridir və transmilli cinayətdir. Ona görə də bu cinayətə qarşı bütün səylər birləşdirilməlidir".
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Kamal Cəfərov sözügedən forumda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan da Budapeşt Konvensiyasını ratifikasiya edib:
"Hazırda ölkəmizdə kibercinayətkarlığa qarşı mübarizə üçün güclü qanunvericilik bazası və institusional mexanizmlər mövcuddur. Lakin bu sahədə üzləşdiyimiz əsas çətinliklərdən biri də sosial şəbəkələr və hüquq- mühafizə orqanları arasında əməkdaşlığın zəif olmasıdır. Əgər sosial şəbəkənin ofisi və ya serverləri başqa ölkədə yerləşirsə, onda əməkdaşlıq daha da çətinləşir.
Bu problemlərin qismən qarşısının alınması üçün Budapeşt Konvensiyasının İcra Komitəsi tərəfindən yeni 2-ci protokolun layihəsi hazırlanıb. Layihədə bir ölkədə olan hüquq-mühafizə orqanı tərəfindən digər bir ölkədə olan sosial şəbəkələrin provayderinə birbaşa sorğu göndərmək hüququ təmin edilir.
Əgər xarici ölkədə olan sosial şəbəkə provayderi müvafiq cinayətlərin istintaqı üçün elektron dəlilləri təqdim etməsə, sosial şəbəkənin yerləşdiyi ölkənin hüquq-mühafizə orqanı həmin şirkətə qarşı məcburetmə tədbirləri tətbiq edə bilər.”
Məqaləni dərc edən xəbər saytları:
1.https://qafqazinfo.az/news/detail/hemin-sosial-sebekelere-qarsi-mecburetme-tetbiq-edile-biler-335261
2.https://www.azerbaycan24.com/hemin-sosial-sebekelere-qarsi-mecburetme-tetbiq-edile-biler/