MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“İlham Əliyev Azərbaycanı türk dövlətləri birliyinin episentrinə çevirmək istəyir” - plenar iclasda çıxış

11:55 11.04.2023



“2-ci Qarabağ müharibəsinin nəticələri nəinki Qafqaz regionunda, bütün türk dünyasında yeni reallıqlar yaradıb. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi türk dünyasının birliyini və inkişafını şərtləndirib. Azərbaycan və Türkiyə respublikaları arasında imzalanan Şuşa bəyannaməsi iki dövlət arasında olan strateji müttəfiqlik münasibətlərindən də irəli olan geosiyasi sənəddir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

K.Cəfərov qeyd edib ki, Şuşa bəyannaməsi türk dövlətləri arasında olan münasibətlərin yeni modelini təqdim edib:

“Bəyannamədəki türk dünyasına istinadlar təsadüfi deyil. Bəyannamədən sonra Türkdilli dövlətlərin adının dəyişdirilməsi də təsadüfi və texniki məsələ deyildi. Türk dövlətləri təşkilatının məqsədi Qafqazda, Orta Asiyada, Balkanlarda 4.5 milyon kvadrat kilometrdə, 170 milyon əhalinin yaşadığı, 600 milyard dollar dövriyyənin olduğu coğrafiyada üzv dövlətlərinin rifah boşluğunun aradan qaldırılması və bu dövriyyənin 2 qatına çıxarılmasıdır”.

“Azərbaycan və türk dövlətləri əməkdaşlığın yeni səviyyəyə çatdırılması missiyasını ən uğurla keçirən lider isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Prezident İlham Əliyev proaktiv yanaşması ilə Azərbaycanı türk dövlətləri arasındakı birliyin episentrinə çevirmək istəyir. Dünən Qazaxıstanla imzalanan sənədlər Azərbaycanı türk dövlətlərinin mərkəzinə bir az da yaxınlaşdırdı. Eyni zamanda, Qazaxıstanla imzalanan sənədlər Zəngəzur dəhlizinin açılmasını da şərtləndirdi. İndi Qazaxıstan da öz neft məhsullarını Zəngəzur dəhlizi ilə Avropaya çatdırılmasında maraqlıdır. 

Zəngəzur dəhlizi Çin tərəfindən başladılan Orta Dəhlizinin ən perspektivli komponenintinə çevrilib. Zəngəzur dəhlizi artıq Cənubi Qafqaz məsələsi deyil. Zəngəzur dəhlizi daha çox Avropanın enerji və qida təhlükəsizliyi üçün real imkana çevrilib. Dünyanın gözü qarşısında Prezident İlham Əliyev böyük dövlətlərin təzyiqinə və həmin dövlətlərin bir-biri ilə maraqlar toqquşmasına baxmayaraq, Avrasiyanın nəqliyyat və enerji təhlükəsizliyi xəritəsini səbirlə və əzmlə dəyişir. 

Azərbaycan Prezidenti, Çin və Avropa arasında 600 milyard avro dəyərində ticarət dövriyyəsinin Azərbaycandan, Naxçıvandan keçməsini istəyir. Prezident İlham Əliyev bununla Azərbaycanın növbəti 10 ilini yox, 100 il ərzində iqtisadi rifahını sığortalamaq istəyir. Əlbəttə, Azərbaycanın enerji və beynəlxalq nəqliyyat dəhlizləri təşəbbüslərindən kənar qalan böyük dövlətlərin təxribatları da bizə yad deyil. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ərəfəsində təxribatları yaxşı xatırlayırsınız.  Tarix göstərir ki, bəzi ölkələr nə qədər səs-küy salsa da, bizim karvanımız keçir, daim irəli gedir”, - deputat bildirib.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1. https://qafqazinfo.az/news/detail/ilham-eliyev-azerbaycani-turk-dovletleri-birliyinin-episentrine-cevirmek-isteyir-396958