SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“İlqar Məmmədovun qanun layihəsi ilə bağlı ifadəsini etik hesab etmirəm” - siyasi şərh
“İlqar Məmmədovun qanun layihəsi ilə bağlı ifadəsini etik hesab etmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri milli məclisin deputatı Kamal Cəfərov deyib. O bildirib ki, həmkarları Siyasi partiyalar haqqında qanun layihəsinin hazırlanma zərurəti, geniş ictimai müzakirəsi və layihədə nəzərdə tutulan müddəalarla bağlı rəylərini bildiriblər: “Ona görə də mən birbaşa olaraq, ReAl Partiyasının bu yeni qanun layihəsi ilə bağlı radikal və qeyri-adekvat mövqeyi ilə bağlı fikrimi bildirmək istəyirəm. Birincisi, İlqar Məmmədov son bir həftədir sosial şəbəkələrdə yazır ki, hökumət bu qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının rəyini almayıb. Biz axı deməmişik ki, Venesiya Komissiyasının rəyini almışıq. Biz demişik ki, Venesiya Komissiyasının siyasi partiyalarla bağlı izahlı prinsiplərini nəzərdən keçirmişik. İlqar Məmmədovun həmin sənədləri nəzərdən keçirib-keçirmədiyini bilmirəm. Ancaq həmin sənədlərdə qeyd edilir ki, hər bir ölkənin özünəməxsus tarixi inkişafı və siyasi mədəniyyəti olduğundan siyasi partiyalarla bağlı vahid qaydalar mövcud ola bilməz. Bununla belə, demokratiyanın əsas prinsipləri və insan hüquqları ilə bağlı beynəlxalq sənədlər siyasi partiyaların tənzimlənməsi üçün bəzi ümumi prinsiplərin formalaşmasına imkan verir. Ona görə də Venesiya Komissiyası siyasi partiyalarla bağlı vahid qaydaları olmasa da, onların təsis edilməsi və fəaliyyəti ilə bağlı 11 prinsip təqdim edir. Biz hesab edirik ki, bu qanun layihəsi Venesiya Komitəsinin prinsiplərinə, ölkəmizin keçdiyi demokratiya yoluna və müasir reallığa uyğundur.
Onu da deməliyəm ki, Venesiya Komissiyasının bu məsələ ilə bağlı yanaşması kifayət qədər liberaldır, bəzi ölkələrdə siyasi partiyalar üçün ümumiyyətlə qeydiyyat tələb olunmur, əksər ölkələrdə tələb olunur. Venesiya Komissiyası hər iki yanaşmanı məqbul hesab edir. Ən çox müzakirə olunan məsələ qeydiyyatla bağlı rəqəmlərdir. Venesiya Komissiyası heç bir metadologiya və ya rəqəm tövsiyə etmir. Venesiya Komissiyası qeyd edir ki, bu cür imzaların yığılması legitimdir. Ancaq həmin rəqəmlər ağlabatan olmalıdır, demokratik olmalıdır. Ancaq hər iki meyarla bağlı vahid qayda yoxdur. Ümumilikdə yanaşma belədir ki, hər iki meyara Venesiya Komissiyanın bu məsələ ilə bağlı rəyləri və o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi perspektivindən baxmaq lazımdır. Digər tərəfdən bu rəqəmləri ölkəmizdə seçki dairələri konteksində baxmaq lazımdır. Niyə seçki dairələri deyirəm? Çünki elə Venesiya Komissiyasının özü qeyd edir ki, siyasi partiyanın seçkilərdə iştirak etmək niyyəti olmalıdır. Bu niyyət onları digər siyasi assosiasiyalardan fərqləndirən ən mühüm cəhətdir. Bir seçki dairəsində nə qədər seçici olur, seçkidə nə qədər şəxs iştirak edir və bütün bu rəqəmlərin orta medianı çıxarılır. 5 min rəqəmi isə bu kontekstdə hesablanan rəqəmlərdən dəfələrlə aşağıdır. Ancaq məsələ ondan ibarətdir ki, sən həmin prinsipləri necə şərh edirsən”.
Deputat əlavə edib ki, o, 10 ilə yaxındır Avropa Şurasının müxtəlif təsislatlarında iştirak edir: “Bir çox ölkələrin qiymətləndirmələrində iştirak etmişəm. Buradakı həmkarlarımı da məlumatlandırım ki, həmin rəylərin əksəriyyəti Katiblik tərəfindən hazırlanır. Avropa Şurasının katibliyinin əməkdaşları isə Avropa Şurasının rəhbərliyi tərəfindən vəzifəyə təyin edilir. Güman edirəm ki, ölkələrlə bağlı rəylər hazırlananda katiblik öz müdirlərinin fikirlərini mütləq nəzərə alırlar. Ona görə də həmin rəylərə, o cümlədən Venesiya Komissiyasının ölkələrlə bağlı tövsiyələrinə versiya kimi baxmaq olar, nəzərdən keçirmək olar, ancaq bu rəylər heç vaxt əsas və obyektiv meyar testi ola bilməz. İlqar Məmmədovun digər narahatlığı siyasi partiyaların fəaliyyətinin təmin edilməsi və hesabatlılığı ilə bağlı olan müddəalardır. Hesab edirəm ki, siyasi partiyaların strukturu, fəaliyyəti və şəffaflığı çox mühüm məsələdir. Müxalifətdə olan siyasi partiyalar əksinə hakim partiyadan daha şəffaf, daha hesabatlı olduğunu sübut etməlidir ki, hər hansı bir vəzifəyə də iddiası olsun".
“Mən ReAl partiyasının strukturu və hesabatlığı ilə bağlı internet səhifəsinə daxil oldum. Domenin müddəti bitib. Səhifə işləmir. İndi də işləmir. Sonra “Google”da axtarış verdim, ReAl partiyasının simalarından biri olan Natiq Cəfərli bəzi yerlərdə ekspert, bəzi yerlərdə ReAl-ın icraçı katibi, MSK-nın internet səhifəsində isə hesabatlara partiyanın xəzinadarı kimi imza atıb. İlqar Məmmədov “Azadlıq radiosu”na müsahibəsində ittiham etdiyi radikal müxalifətin ritorikasında danışır, deyir ki, qanun layihəsi “zaydır”. Bu, onun ifadə azadlığı olsa da, bunu etik hesab etmirəm. Ən azından mən belə hesab edirəm. Qoy bu da mənim ifadə azadlığım olsun. Təklif edirəm ki, bu layihədən sonra siyasi partiyaların etik davranış qaydaları ilə bağlı qanun layihəsinin hazırlığına başlayaq. Çünki bu, artıq cari reallığın tələbidir. Azərbaycanın siyasi partiyaları güclü, peşəkar və dövlətçi olmalıdır”, - deyə o qeyd edib.
Məqaləni dərc edən xəbər saytları:
2. https://globalinfo.az/deputat-ilqar-memmedovun-bu-ifadesini-etik-hesab-etmirem/