MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Mil-Muğan regional gənclər və idman idarəsində gənclərlə "Technest" təqaüd proqramı barədə görüş keçirildi

10:54 04.11.2023



 
Müasir dünyanın reallığı sürətlə dəyişir. Bir müddət öncə yaxşı məvacib qazanmaq istəyən gənc ən azı 4 il təhsilə zaman xərcləyir, pul xərcləyir, enerji xərcləyir. İndi yaxşı məvacib qazanmaq üçün daha az vaxt və vəsait sərf edərək, daha çox əməkhaqqı qazanmaq mümkündür. Bu artıq sadə reallığa çevrilib. Bunun yollarından biri də informasiya kommunikasiya texnologiya biliklərini mənimsəməkdir.
 
Bu mesajı çatdırmaq və gələcəyini qurmaq istəyən gənclərlə növbəti görüşümüz Mil-Muğan regional gənclər və idman idarəsində keçirildi.
 
Görüşdə gənclərə çatdırdıq ki, onların gələcək rifahı öz əlindədir, dövlət də onların yanındadır. Onlara nə bakalavr nə də magistr diplomu lazımdır. Onlara heç pul da lazım deyil. Onlara sadəcə gələcəyini qurmaq yanğısı, sadə məntiq və zəhmət lazımdır.
 
Əziz Sabirabadlı gənclər, www.technest.idda.az internət səhifəsinə daxil olun, qeydiyyatdan keçin. 4 istiqamət üzrə - Java Foundations, Help Desk, Data Analtiks və Qrafik Dizayn təlimlərdən birində iştirak edin. Sizin təlim xərclərini dövlət qarşılayır, sizə yüksək səviyyəli təlim keçmək üçün Bakıdan mütəxəssislər ezam edilir. Təlimlər də Sabirabad şəhərinin tam mərkəzində, Google-nun ofisinə oxşar mərkəzdə keçiriləcək. Təlimin müddəti də 3-4 aydır. Təlimi uğurla bitirən gənclərin ən azı yarısını işlə təmin etmək podratçı şirkətin öhdəliyidir.
 
Gəlin, öyrənin və gələcəyinizi qurun.
 
Zaman gələcək Sabirabad kənd təsərrüfatı mərkəzindən innovasiyalar mərkəzinə çevirləcək. "Muğan Vadisi" layihədən reallığa çevriləcək.