MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Mişel Bəyanatı ilə bağlı siyasi şərh

11:20 18.12.2021



Mişel bəyanatının Soçi Bəyannaməsindən fərqləri və oxşar cəhətləri:
Birincisi Mişel bəyanatı Rusiya Federasiyasının Prezidenti Putinin təşəbbüsü ilə keçirilən bütün 3 tərəfli görüş və bəyanatların icrasının vacibliyinə diqqət çəksə də, nə Rusiyanın nə də Rusiya Prezidentinin adını qeyd edir.
İkincisi Ermənistanın sonuncu sərhəd təxribatı zamanı Mişelin təşəbbüsü ilə hər iki ölkənin müdafiə nazirləri arasında yaradılmış birbaşa əlaqəyə xüsusi vurğu edilir. Hər iki məsələdə əsas məqsəd Avropa İttifaqı Şurasının post-konlifkt sonrası prosesdə əhəmiyyətini artırmaqdır.
Böyük geopolitik qüvvələr və xarici ölkə liderlərin moderatorluğu ilə keçirilən istənilən görüş bizim xeyrimizədir. Hər görüşdə Ermənistan daha da dalana sıxılır. Bunun da 2 əsas səbəbi var. Birincisi biz qalib ölkəyik, ikincisi cənab Prezident hər görüşdə üstünlük qazanır, hansısa məsələ daha da konkretləşir. Bu barədə ətraflı yazacağam.
Ancaq qeyd etməliyəm ki, Avropa İttifaqı Şurasının bu prosesə daxil edilməsi Azərbaycanın maraqların uyğun olsa da, bu Paşinyanın təşəbbüsü olub. Ermənistan isə bu addımla sərhədlərinin mühafizəsini təşkil edən, ölkəsində olan mühüm iqtisadi obyektlərə sahib olan və tam asılı olduğu Rusiyadan özünü bir az da uzaqlaşdırdı, əvəzində Mişel bəyanatı ilə həm Rusiya perspektivində həm də Avrpoa İttifaqı səviyyəsində daha çox küncə sıxıldı.
Misal üçün bu bəyanatdan əvvəl həm AŞPA həm də müxtəlif ölkə liderləri saxlanılan erməni cinayətkarlarına “müharibə əsirləri” kimi istinad edirdilər. Mişel bəyanatında isə ilk dəfə olaraq, Azərbaycanın rəsmi mövqeyi olan – saxlanılan ermənilər – ifadəsi istifadə olunub.
Rusiyanın moderatorluğu imzalanmış bəyannamələrdən fərqli olaraq ilk dəfə olaraq 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş şəxslərə istinad var.
Bizim 1-ci Qarabağ müharibəsində 3890 şəxsdən çox itkin düşmüş vətəndaşlarımız var. Bu məsələdə ədalətin bərpa edilməsi çox vacibdir. Ona görə bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət də göndərilib.
Digər vacib məqam isə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Soçi görüşü ilə bu məsələyə start verilmişdi. Əslində burada çətin bir şey yoxdur. Çünki keçmiş xəritələr Rusiya Müdafiə Nazirliyində var. Burada Ermənistan üçün əsas problem başqadır. Çünki sərhədlərin delimitasiyası və demarkasiyası həm sülh müqaviləsi deməkdir, həm də Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir. Ona görə də Paşinyan və Ermənistan rəhbərliyi bu prosesi maksimum səviyyədə pozmağa çalışırdılar. Mişel bəyanatı isə Ermənistan konkret addımlar atmağa və bu məsələ ilə bağlı Ekspert qrupunun fəaliyyətini təmin etməyə hazır olduğunu qeyd etdi.
Ən vacib məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. İlkin olaraq qeyd edilməlidir ki, Laçın koridorunu koridor edən Azərbaycanın həmin dəhlizdə gömrük postlarının olmaması və Rusiya sülhməramlılarının nəzarət etməsidir. Bu isə müvəqqəti xarakter daşıyır. Azərbaycan öz sərhəddində istənilən anda gömrük məntəqəsi yarada bilər. Çünki bu günə qədər imzalan bəyanatlar siyasi xarakterlidir, hüquqi qüvvəsi yoxdur.
İndi isə terminologiya bağlı qeyd etməliyəm ki, “Laçın korridoru” termini 1- ci Qarabağ müharibəsindən qalan ifadədir və münaqişənin həlli prosesində ortaya çıxıb. Ancaq indi nə Naxçıvanda nə də Zəngəzur ərazisində münaqişə var. Ona görə də bütün 3 tərəfli bəyannamələrdə Zəngəzur koridorun adı regional kommunikasiya əlaqələri kimi keçir.
Azərbaycan Prezidenti İlham Əliyev də haqlı olaraq qeyd etdi ki, hər iki koridorun hüquqi statusu eyni olmalıdır. Ya hər ikisində gömrük məntəqəsi ya da heç birində. Hər iki hal da bizim maraqlarımıza uyğundur.
Mişel bəyanatı ilə Zəngəzur koridorunun əhəmiyyətini bir daha vurğuladı və qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında o cümlədən Cənubi Qafqazda kommunikasiya xətləri bərpa edilməlidir. Bu məsələdə Mişel bəyanatının əsas əhəmiyyəti o oldu ki, Paşinyan Zəngəzur üzrə dəmiryolu xətti ilə bağlı qarşılıqlıq prinsipi əsasında kommunikasiyanın bəprasına öhdəlik götürdü. İlk dəfə idi ki, bu formada və bu dəqiqlikdə öhdəlik götürdü. Bu tekstdə isə qarşılıqlıq prinsipi isə prinsipaldır. Çünki bu o deməkdir ki, Laçın koridorunda olan hüquqi rejim Zəngəzur koridorunda da olacaq. Paşinyan bu öhdəliyini Avropa İttifaqı Şurası qarşısında bir daha təsdiq etdi. Növbəti dəfə hansısa Avropa ölkəsinə yardım üçün müraciət edəndə ona bu öhdəliyi həmişə xatırladılacaq. Əgər Paşinyan cığalçı olmadığını, “sülh” adamı olduğunu göstərmək istəyirsə gərək öhdəliklərini icra etsin. Çünki bu öhdəlik ində təkcə Rusiya deyil, həm də Avropa İttifaqı Şurası qarşısında var.
Ona görə də, məhz Brüssel görüşündən sonra Nikol Paşinyan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədiklərini bildirib. Deməli Brüssel görüşü Zəngəzur dəhlizinin işlək hala gəlməsi üçün həlledici vasitə oldu.
Bütün bu qeydlərim proseslərlə bağlı idi. Adətən bu cür mövzularda ilkin tekst olur və 3 tərəfli görüşdə dəyişikliklər və əlavələr iştirak edən tərəflərin təşəbbüsü ilə yerindəcə həll olunur. Ona görə də hesab edirəm ki, Mişel görüşü Paşinyanın təşəbbüsü olsa da, Mişel bəyanatı cənab Prezident İlham Əliyevin uğuru oldu. Bu bəyanat Avropa İttifaqı ölkələri səviyyəsində mühüm mövqedir, hər bir müddəa Azərbaycanın xeyrinədir. Ən vacibi isə nə Soçidə nə də Brüselldə keçirilən görüşlərdə Qarabağla bağlı hər hansı bir status məsələsindən söz açılmır. Bu Azərbaycan Prezidentinin diplomatik zəfəridir.
Brüselldə keçirilən digər görüşlər də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı ölkələrin hərbi ittifaqı NATO-nun Baş Katibi Yens təşkilatın fəaliyyətinə verdiyimiz töhfə və Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün dəstəyimizə görə cənab Prezidentə təşəkkür etdi. Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı adlandırdı. Mətbuat konfransında 2-ci Qarabağ müharibəsi və yekunları ilə bağlı bir dənə də neqativ fikir bildirmədi. Bu da cənab Prezidentin uğurudur.
Şərq Tərəfdaşlığının 6-cı Zirvə toplantısının yekununda qəbul edilən bəyannamədə isə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb.