MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Kamal Cəfərov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşdü

20:13 11.12.2023



 
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü münasibətilə Cenevrə şəhərində keçirilən yüksək səviyyəli tədbir çərçivəsində BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşdüm.
 
Qərbi Azərbaycanlıların hüquqlarına qarşı açıq-aşkar etinasızlıq beynəlxalq ictimaiyyətin təcili və qətiyyətli cavabını tələb edir. Bizim geri qayıtmaq və Ermənistanda sərbəst hərəkət etmək hüququmuzun bərpası ümumbəşəri insan hüquqlarına və ədalət prinsiplərinə hörmətin ən vacib şərtdir. 
 
Qərbi Azərbaycanlıların hüquqlarının bərpası üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir. 
 
Biz hesab edirik ki, bizim geri qayıtmaq hüququmuzun təmin edilməsi sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır. 
 
Bununla əlaqədar olaraq bu sahədə mandat sahibi olan bütün beynəlxalq təşkilatları adekvat, ədalətli və həssas olmağa çağırırıq.