MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” beynəlxalq elmi konfransı keçirildi

08:31 06.05.2024



“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” beynəlxalq elmi konfransda çıxış etdim. Çıxışımın əsas tezisi belə idi:

Anti-milli qüvvələrin siması Cəmil Həsənlinin xəttinə uyğun davranış göstərən tarixçilər həmişə bizim dədə-baba torpağımız olan İrəvanın ermənilərə hədiyyə edilməsinə haqq qazandırıblar və bunu 20-ci əsrin əvvəlindəki beynəlxalq vəziyyətlə əlaqələndirirdilər. Hətta bunu Osmanlı dövlətinin mütləq təzyiqi kimi qələmə veriblər.

Paradoks orasındadır ki, elə Cəmil Həsənlinin müəllifi olduğu “Azərbaycan Xalq Cumhuriyyətinin Xarici Siyasəti” adlı kitabın 79-cu səhifəsində qeyd edilir ki, Türkiyənin siyasətini müəyyən edən baş nazir Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına birmənalı qarşı olub.

Yeni tarixi sənədlər göstərir ki, əksinə M.Ə.Rəsulzadə və Batum konfransında iştirak edən onun həmfikirləri 1918-ci il 23 may tarixində Ənvar paşaya böyük müraciət göndərərək Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının zəruriliyini bildiriblər. Rəsulzadəyə görə erməni dövləti olmadan vahid Cənubi Qafqaz ideyası məhv ola bilər.

Bu təqdirdə hansı qüvvələrin hansı niyyətdə olması və əslində geosiyasi təzyiqin hansı dövlətə göstərilməsi aydın görsənir.
Cumhuriyyət tarixini ən düzgün şəkildə ictimaiyyətə çatdıran tarixçimiz Vasif Qafarovun qeyd etdiyim müraciətin orijinalı Osmanlı arxivindən çıxardaraq təqdim edib (BOA.HR.SYS, no. 2398/4, v. 12). Mən də həmin müraciətə əsasə geniş məqalə təqdim etmişdim.

Bizim fikrimizi, İrəvanda yaşayan camaatın və deputatların fikrini nəzərə almadan, Tiflisdə bizim dədə-baba torpağımızın ermənilərə bağışlanmasına haqq qazandıranların özü xəyanət içərisindədir. Hətta cumhuriyyət tarixinə aid olmayan bəzi tarixçilər bir az irəli gedib bildirirlər ki, Cumhuriyyətçilər torpaqlarımızı ermənilərə verib, bunu Milli Şuranın qərarı ilə rəsmiləşdirdiyi üçün bu gün siz deyirisiniz ki, İrəvan bizim torpağımız olub. Bunun nə dərəcədə absurd arqument olduğunu yəqin başa düşünürsünüz. Əgər Cumhuriyyətçilər bu cinayəti rəsmiləşdirməsəydi, biz deyə bilməyəcəkdik ki, İrəvan bizim torpağımızdır. Təssəvür edin, bu arqumenti də elə tarixçilərin özü deyir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fakta verdiyi qiymət aydındır. Ali Baş Komandan İrəvanın ermənilərə verilməsini birinci xəyanət, sonra cinayət adlandırdı. Bu qiymət obyektiv həqiqətdir. Bu cür qiymətləndirmə isə tarixdən düzgün nəticə çıxarmağa kömək edir.

Bu gün Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıdış hüququnun beynəlxalq səviyyədə icrasının təmin edilməsi və digər hüquqlarımızın bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirir.