SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Region gəncləri üçün Milli Qurtuluş Günü ilə bağlı şad xəbər
Region gəncləri üçün Milli Qurtuluş Günü ilə bağlı şad xəbərim var!
RİN - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və bizim təşəbbüsümüzlə Sabirabadda digər qonşu rayonları da əhatə edəcək regional texnologiya və innovasiya mərkəzi - "Muğan Vadisi" yaradılır.
Bu gün Agentliyin departament rəhbəri Fatimə Ələkbərova, türk şirkəti Alkan Akademinin nümayəndələri Ege Soysal və Ragip Sari, Techspace şirkətinin nümayəndəsinin rəhbəri Emil Vəliyevlə görüşdük.
"Muğan Vadisi"nin təsis edilməsi ilə bağlı ilkin razılığa gəldik.
"Muğan Vadisi"nin fəaliyyəti təkcə Sabirabad rayonunu deyil, digər qonşu rayonları Şirvan, Saatlı, Hacıqabul və İmişli rayonlarını da əhatə edəcək və regionun rəqəmsal inkişafını institusional formada təmin edəcək.
Göstərdiyi önəmli dəstəyə və proaktiv yanaşmaya görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevaya xüsusi təşəkkürümü bildirirəm.