SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Sabirabad Rəqəmsal İnkişaf” (SİRİ) layihəsi elan edildi
Əziz Sabirabadlı gənclər, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “Sabirabad Rəqəmasal İnkişaf” (SİRİ) layihəsini elan edirik.
Məqsədimiz Sabirabadlı gənclərdən əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlamaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Hədəfimiz isə hazırlanan mütəxəssislərin dövlət və özəl sektorda işlə təmin olunmasıdır.
Proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq.
Əziz Sabirabadlı gənclər, siz də SİRİ layihəsinə qoşulun, gələciyinizi bizimlə kodlaşdırın!
Qeydiyyat linki: https://forms.gle/gFRZCxc3XEBtUdLx5
Bizim təşəbbüslərə və Sabirabadlı gənclərin inkişafına verdiyi dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə təşəkkür edirəm. İnanırıq ki, bu pilot layihə Sabirabadda 10 gəncin gələcək inkişafına və karyerasına müsbət təsir göstərəcək.
Qeyd: təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək. Bununla əlaqədar Varis Rüstəmova da təşəkkür etmək istəyirəm ki, iştirakçılar üçün təlim otağı təşkil edib.